BadClause Music - Və Yenə Mən Oyanıram mahnı sözləri (lyrics)
[BadClause Music - Və Yenə Mən Oyanıram mahnı sözləri lyrics]
Qalıb iyirmi oxunmamış mesaj
Hər gün onlarla zəng gəlir
Görən nə işlə məşğulam?
Üzüm-gözüm fotomontaj, yenə marjinal personaj
Albom 10000 tiraj, maraqlıdır ki
Niyə belə məşhuram?
Və yenə mən oyanıram
Ilin ən zor relizini eləyəcəm
Pleylistləri minəcəm
Məni əksəriniz dinləyəcək
Çoxlu "hater"im olacaq
Kütləni "капризный" eləyəcəm
Hamı mənə "pisdir" deyənəcən
Insta’da artistlik eləyəcəm
Və yenə mən oyanıram sübh tezdən ki
Saat 06: 00-dır kimlərsə işə tələsir
Kimlərə isə nahar vaxtıdır
Ömür hərəyə bircür maraqlıdır
Gülüşünə kələklə tax işığı
Dəmiri isti-isti, uşağı elə bələkdə yaxşıdır
Və yenə mən oyanıram - 2011, o dəliqanlı çağ
Guya avaralara qoşulmuşam, savad
Təhsildən uzaq
"Artıq studiyalarda sülənir dərsdən
Qaçan uşaq" deyən tanışlar məni tapsın
Söhbəti bir də danışaq
Və yenə mən oyanıram, keçib 10 il
Heç bir link açmır
İnsanlar soyuq, heç kimlə heç kim dil tapmır
Təhsil göt günündə
Da2-lər hələ də bitişik yazılır
Facebook əvəzinə Meta
Tik-tok əvəzi WC yazılır
Və yenə mən oyanıram
Daha bitirmədən ilk dördlüyü
Baxış sayıları kafi, reytinqlər uçmuş olur
Kütlənin yarısı hələ də
Nəyisə dinləmədən yükləyir
Ona görə pox da çıxsa sənətçi əlindən
Nuş olur
Və yenə mən oyanıram
Hazırkı məqamım düzü prestij
Qəlblərdə varam, şükür
Yoxdur banketdə rifahım
Mənə "7 il öncəki kimi səmimi
Yazmırsan" deyən adam özü
7 il öncəki kimidirsə, problemləri var
Və yenə mən oyanıram, iki
Nəfərlik çarpayıda tək, evimdəyəm
Gecə saat 04: 00, trekin ikinci bəndində
Təmtəraqlı bir anda
Sanki yad hallı beyindəyəm
Yuxunun ən maraqlı yerindəyəm
Və yenə mən oyanıram