BadClause Music - Tutma Əllərimi mahnı sözləri (lyrics)

[BadClause Music - Tutma Əllərimi mahnı sözləri lyrics]

Birinci "rədd ol" dedi, sonra "qal" dedi
Qalmayacam
Sənli günlər gözəldir, amma yadıma salmayacam
Başqası qonaq olsa belə
 sənin yerinə qoymayacam
Sevmişəm axmaq kimi, bağışla bir də olmayacaq

Çoxunu aldı sevgi, saxlamışam ağlın aznı
Balaca bir qıza görə gecə-gündüz nağıl yazdım
Aydan Günəş olmadı, səndən mənə yar olmazdı
Və sən heç düşünmədin ki
Şair ürəyi ağrımazmı?
Әlləri bumbuzdur, amma qəlbinə od qalanır
Boş otaqda səsim gəzir, tüstü gedir
Göz qaralır
Küllər sonranın işidir, sevgi sönsə
Köz yaranır
Sən elə təbabətsən ki, zəhərlədin yüz yaramı

Çatıbdır dərdin obaya, gəlibdir əzab elə
Әhsən o yara ki, tək yanımda qala bilər
Mənə - "yaxşıyam" – dedin
Bəs gedirsən hara belə?
Qoyduğun o yerdə yoxamsa, haqqını halal elə

Tutma əllərimi, gecənin sonu
Bir yanan şam qədərdirmi dəyərim?
Gecən şərə, üzülmənə dəyməz ki
Həyatın şəri mənə gəldi

Tutma əllərimi, gecənin sonu
Bir yanan şam qədərdirmi dəyərim?
Gecən şərə, üzülmənə dəyməz ki
Həyatın şəri mənə gəldi

İndi bütün sabahlar sənin
Gəl də bütün olaq yenə
Sənə pəncərədən baxmaq istəyər könül və lakin
Ayaq səslərinə şahid olmadı bu küçə
Çətirin qırılsın
Islan istəyərəm içdən-içə bu göz yaşımda
Dözərəm bir az sənə, ya ölümə
Əgər az qalıbsa bu qədər tez dayanma
Mənə gələn yol az qabaqda
Azdım aralığında kipriyinlə saçlarının
Azsın ayaqların, mənə varsın

Ya da ki, get, başqa birinə varacaqsan
Görməyim
Onu da buraxmazsan inanıram, keçincə körpünü
Amma ki, sevməmişdim inan səni bir körpülük
İndi sən birinə yolsan, başqa birinə körpücük

Başqa sən tanıdım, getdi
Həm də məni sevərkən
Eşqə səni tanıtdım utandı məni bilənlər
Hələ də
"Bir qadınmı sənin canını alan?" - deyirlər
Bir qadındır yarama kül
Yarama buz tutan mücəvhər

Tutma əllərimi, gecənin sonu
Bir yanan şam qədərdirmi dəyərim?
Gecən şərə, üzülmənə dəyməz ki
Həyatın şəri mənə gəldi

Tutma əllərimi, gecənin sonu
Bir yanan şam qədərdirmi dəyərim?
Gecən şərə, üzülmənə dəyməz ki
Həyatın şəri mənə gəldi

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio