BadClause Music - Yanımda Qal mahnı sözləri (lyrics)

[BadClause Music - Yanımda Qal mahnı sözləri lyrics]

Yar, canım dərd çəkir
Yenə birtəhər oluram mən
Nəfəs-nəfəsə qalır bədənim
Qan tər oluram mən
Bir gecə yuxu getmir gözünə
O gecə səhər oluram mən
Kimləsə gözəl keçir günün
O günə zəhər oluram mən

Bəzən sükuta səs, səs-küyünəsə bəs oluram mən
Bezirsən hər kəsdən
Yad ölkəyə səfər oluram mən
Bu zaman yorur səni
Üzünə cizgilər oluram mən
Deyəsən bəxtə xudadır taleh
Oyuna zər oluram mən qırıram bütün qəlbləri
Bir günlük sən oluram mən mənsiz alınmır
Hər bir xeyrinə şər oluram mən
Kölgəsiz ölürəm zülmətdə
Tənha məhv oluram mən
Şeytanın oxu kamandan çıxan günə


Hədəf oluram mən

Gərginləşirəm hər işində, əşi əsəb oluram mən
Bir gün kefin olmur
Soyuq çayına dəm oluram mən
Özgəsiylə qocalırsan, saçında dən oluram mən
Bircə mahnım bəsdir ki
Göz yaşına səbəb oluram mən

Yanımda qal mənim, hisslərim daha dərin
Önümdə bir addım var, o yola yola sal məni
Bircə sözün məhv elədi, xəyalımdakı ailəni
Eşqi axtaran tapa bilmir, nə dərdi aləmin?

Yanımda qal mənim, hisslərim daha dərin
Önümdə bir addım var, o yola yola sal məni
Bircə sözün məhv elədi, xəyalımdakı ailəni
Eşqi axtaran tapa bilmir, nə dərdi aləmin?

Hərdən öz içində boğulursan və
Nəfəs oluram mən
Bağlayıb qara bəxtini arzularına
Qəfəs oluram mən
Yorur özgələri gözəl ürəyini
Keçici həvəs oluram mən
Rədd eliyib gedirsən hisslərimi və
Əbəs oluram mən sıxır eşq intizarı
Intiharçün dəniz oluram mən
Sənə bu qədər aşiqkən özgələrinə
Əziz oluram mən həyat çox mürəkkəbləşir
Bir o qədər qəliz oluram mən
Əl açırsan duaya, səmalarda məscid oluram mən

Özüm öz dərinliyimdə batıb
Özümə qəsd oluram mən i̇ntihartək ətrin var
Içimə çəkib məst oluram mən
Düzdür dərd məndədir
Çünki hər axına tərs oluram mən
Gözündən düşür sevgi
Səninçün heç kəs oluram mən

Bəlkə ixtiyarım da yoxdu heç əlini tutmağa
Açıldı basdırdığım hisslərimin qəbri sonradan
Bu küləklər yetmir yanağımdakı nəmi qurutmağa
Artıq cəsarətim belə çatmır səni unutmağa

Yanımda qal mənim, hisslərim daha dərin
Önümdə bir addım var, o yola yola sal məni
Bircə sözün məhv elədi, xəyalımdakı ailəni
Eşqi axtaran tapa bilmir, nə dərdi aləmin?

Yanımda qal mənim, hisslərim daha dərin
Önümdə bir addım var, o yola yola sal məni
Bircə sözün məhv elədi, xəyalımdakı ailəni
Eşqi axtaran tapa bilmir, nə dərdi aləmin?

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio