BadClause Music - Ucuzvari mahnı sözləri (lyrics)
[BadClause Music - Ucuzvari mahnı sözləri lyrics]
Ucuzvari insanlar var, ucuzvari sifətlər
Ucuzvari bina, tikilib ucuzvari sementlə
Ucuzvari həyat, seminar, ucuzvari biletlər
Sən də gecələr yatma, say ulduzları diləklə
Gündüzsə heç nə olmamış
Kimi ucuzvari gül-əylən sanma ki
Böyük eşqlərə gərəkdir mirvari ürəklər
Yaraşmayanda bahalı geyim də
Ucuzvaridir əyinə
Günəş səndən gizlənir qürubda bilərəkdən
Göylərin ətəyin boyayırsa bulud
Sarı bir rəngə deməli axşam düşür artıq
Sonra gecə yaxınlaşır
Və deməli dərdlərin vaxtı
Çatıb hüdudlarına gəlməyin
Bəs tutduğun arzular, ucuzvarimi səncə?
Hardasa ruhun tənhadır
Gedənə "qal" demisənsə
Sevmək yorucudur bir az
Eşqin uc-bucağı bitəndə
Ümidin ölür dəyərli hisslər ucuzvari gələndə
Yenə qorxulu yuxu, yenə təlaş içimdə
Birdən gerçək olarsa
Yenə ümidsiz ifadə asılıb üzümdən
Bəlkə kömək olarsan
Özümü tapmağa, günəşə çatmağa
Bakıdan qaçmağa, yolu qısaltmağa
Birgə qataraq həyatıma maraq
Uca dağlara cığırlar açaraq
Bu şəhər məni təkliyə alışdırdı
Mənəvi ağrılara alışdırdı
Ən bəsit halıyla yox
Düşünərək dərinliyinə enib
Orda işığı tapmağa, fikrimi
Yormağa alışdırdı, yolumu qarışıdırdı
Düzünü desəm, əvvəlki gümrahlığım da qalmayıb
Səhər dururam, yorğunçuluq, axşam yorğunçuluq
Ətrafımda baş verənlər qəti
Marağımı cəlb eləmir uzun müddətdir ki
Fırladıram insanlıq borcumu
Hara kimi gedəcək bu yaşam
Hara kimi gedəcək yol?
Güzgüdə bir kəs var, çoxdan bezmiş həyatdan
O qədər gərgin deyiləm əslində
Gülümsəyirəm az-çox
Daha kədərli gəlmir danışmaq keçmiş həyatdan
Çox yordum özümü fərqli münasibətlərdə
Fərli duran sifətlərlə fərqli
Cür ünsiyyətlərdə tozlanıb hamısı rəflərdə
Soxum dövrün vədlərinə
Adam yaşamaq istəmir baxanda yaşam şərtlərinə
Yenə qorxulu yuxu, yenə təlaş içimdə
Birdən gerçək olarsa
Yenə ümidsiz ifadə asılıb üzümdən
Bəlkə kömək olarsan
Özümü tapmağa, günəşə çatmağa
Bakıdan qaçmağa, yolu qısaltmağa
Birgə qataraq həyatıma maraq
Uca dağlara cığırlar açaraq