BadClause Music - Yuxu mahnı sözləri (lyrics)
[BadClause Music - Yuxu mahnı sözləri lyrics]
Anlamadığın hər cümlə - mənim şeiriyyatım
Amma başa düşməyinçün bilirəm tezdir hələ
Nə olar bir saatlıq çıx ağlımdan
Bir az yatım
Yağış gözəldir, amma ki
Sənlə birgə islananda
Hər cümləyə aşiqəm mən, amma ki
Sənlə başlayanda
Şairin şeiri əbədi, dərya yanda
Daş bir yanda mən hər dəqiqə darıxıram
Sən də darıx boş dayanma
Ulduzlar səpilib səmaya günahlarım kimi
Hər gecənin bir gündüzü var
Məndə yoxdur hələ ki
İcazə ver çıxım gedim, yolumdan çəkil
İncimə - qayıdacağıma söz verə bilmirəm ki
Yazdığın hər cümlə ağrı verir sabahlarda
Yoxluğunda əvəzsizsən
Yerini vermir sabahlar da
Bir gün məni düşünüb oyan
Yuxularına et qonaq da
Yaxın vaxtda rədd olacam
Bunu da saxla bir qıraqda
Ürəyim ümid gülüdür ləçəklərdə dözüm solur
O qədər üzünə gülmüşəm ki
Elə bilirsən gözüm dolmur
Məhəbbət elçisi gəlirdi
Dəli şeytan kəsdi yolun
Xeyrə saydığın gecənin şərindən
Adın əskik olmur
Yazdım səndən, yazacam daha nələr
İçəndə gözümdə daşır piyalələr
Bizi bizdən aldı bəhanələr
Dönür Lalələr, ölür Lalələr
Yazdım səndən, yazacam daha nələr
İçəndə gözümdə daşır piyalələr
Bizi bizdən aldı bəhanələr
Dönür Lalələr, ölür Lalələr
Yolumuz çətinləşir yarım daşdır yarım cığır
Sevgini tapdığın kəsin boş otaqda adın çığır
Elə bir ürəyim var - bir şairin eşqi sığır
Bir də heç vaxt doldura
Bilməz özgəsi yarımçığın
Eşqin çəkir məni bataqlığına getdikcə
Gecələr daha yaxın idin şəkillərini sevdikcə
Toxunuşlar toza dönürdü ovuclarda itdikcə
Sən payızda daha gözəlsən
Üstümə külək əsdikcə
Biz tələsdikcə, ölüm üzümüzə ani gəlir
Əcəlimdən öncə gəl, qoy xoş olsun aqibətim
Adəmi Həvva kimiyik, bu eşqə saf niyyətim
Təki sən Şirinim ol və denən ki
Fərhadı gətir
Əvvəllər biz bir idik, gərək sevgi əbədi qala
Yaxşı-pis günüm keçir xəstəliklə sağlığımla
19 ildir varam, 19 ildir sağam
19 illik varlığımla içirəm sağlığına
Günahın çoxdur, yaman incitmisən
Mən keçərəm eybi yoxdur
Gərək Allah bağışlasın
Deyirlər aşiq özünə əzab eləyər, amma mən
Adını qoluma cızmadım ki
Qan çirkinə bulaşmasın
Gözlərin gülsün, gözəl üzündən təbəssüm axsın
Mən heç vaxt istəmərəm, özgəsi səni ələ alsın
Başqasını da axtarma ki
Səni evə kimi yola salsın
Mənə elə bir şair denən -
Hər sətrini sənə yazsın
Yazdım səndən, yazacam daha nələr
İçəndə gözümdə daşır piyalələr
Bizi bizdən aldı bəhanələr
Dönür Lalələr, ölür Lalələr
Yazdım səndən, yazacam daha nələr
İçəndə gözümdə daşır piyalələr
Bizi bizdən aldı bəhanələr
Dönür Lalələr, ölür Lalələr