BadClause Music - Üz Cizgilərin mahnı sözləri (lyrics)

[BadClause Music - Üz Cizgilərin mahnı sözləri lyrics]

Mənim sənlə heç xatirəm olmayıbdır
Olmayacaq da
İnan ki, səmimiyyət gözəl şeydir
Olmaya saxta bu sevgi səmadır və mən
Yanında parlayan günəş
Sən elə bir buluda dön ki
 səcdə eləsin üstünə dağlar

Yazıram tək sən haqda
Şəkillərinə meyil edərək
Dalbadal vurar damğanı, darmadağın edər fələk
O qədər sifət var ki, içi zibildir üstü bəzək
Öldürdüyün ümidlərimin arada bir
Qəbir üstünə dəy
"Gəl evlənək" deyərdim, amma yaşım azdır
Mən səni görüşməyə çağıranda da boş olmazdın
Şair yazır həmişə səni yazmasa xoş olmazdı
Gərək mənlə yarım qalardın
Ona-buna qoşulmazdın

Qoca dərviş azıb yolunu, bax indi yolsuz
Sevgi işarəsi də dəyişməyib qalıbdır sonsuz
Bədənimi təmizləyim
Qoy bu şeir qanımda donsun
Gözləyəcəm həmin kafedə
Gəlməsən də canın sağolsun

Onun üzü gülür, amma gözü yol çəkir
Yenə bax cibimdə qalıb o şəkil
Birgə gəzmişdik yadımda o səki
Onun üzü gülür, amma gözü yol çəkir

Onun üzü gülür, amma gözü yol çəkir
Yenə bax cibimdə qalıb o şəkil
Birgə gəzmişdik yadımda o səki
Onun üzü gülür, amma gözü yol çəkir

Gözümdən axan sənsən, arzularım batan göldür
Eşqin ocağı yenicə alovlanmışdı ki
Haçan söndü?
Düşüncə tər-təmizdi, sevirəm səni pak ürəklə
Sənə ac gözlə baxarkən hər beş oğlanın dördü
Önümdə soyuq kofe, xatirəmdir gecədən
İnan, heç yadımda deyil
Dünən gəlmişəm evə neçədə
Sevgi təkcə üzünü soldurmur
Çöküntü verir içə də
Bütün ağrılarımı unutmaqçün bu gecə
Də yenə içəcəm mən

Əlindən gələcək hər bir bəla
Məndə candan çıxdı
Demişdim o vaxtı sənə "Qəlbi gəl al"
Yaddan çıxdı
Şeirdə varıydı cah-calal, əvəzi yardan çıxdı
Tanrı bir üz veribdir sənə
O biri harda çıxdı?!

Gəldiyim ayrı məkan və duyduğum səhv ətirdi
Gah nala
Gah mıxa vurduq və heçnə düz gətirmir
5 əsrlik sevgini 5 dəqiqədə məhv elədin
Mənə dedin ki
"Xoş gəlmişdin həyatıma xoş get indi!"

Onun üzü gülür, amma gözü yol çəkir
Yenə bax cibimdə qalıb o şəkil
Birgə gəzmişdik yadımda o səki
Onun üzü gülür, amma gözü yol çəkir

Onun üzü gülür, amma gözü yol çəkir
Yenə bax cibimdə qalıb o şəkil
Birgə gəzmişdik yadımda o səki
Onun üzü gülür, amma gözü yol çəkir

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio