Tibu KM - Alo mahnı sözləri (lyrics)

[Tibu KM - Alo mahnı sözləri lyrics]

Alo… Darıxmışam dəhşət, yox idin həftələr
Ürəyim sıxılır bu ara
Alınan qərarı yazırdım dəftərə
Təəssüf, bu qara gözünün yaşını
Başqa əllər silirsə alınan deyil! Sən ki
Bunu məndən yaxşı bilirsən

Alo… Narahat etmirəm?
Bilsəm, narahat etmərəm
İstə,  heç hara getmərəm
Sənsiz belə nahara getmirəm
Yox, yox, zarafat etmirəm
Sən qorxduğun o hala getmirəm
Mən səninlə payıza öldüm
Ona görə qışa, bahara getmirəm

Bu adi baxış deyil
Bu gözlər mənim üçün ölürdülər
Bu yağan yağış deyil
Bu illərin dərdini tökürdülər
Mənə bəd xəbərlərlə dönürdülər


Səni başqalarla bir görürdülər
Məni çaşdırırdı bu görüntülər
Mən çox çəkirdim ki, ölüm yenə

Bu xatirələr ölür yerə
Mən 4 divarda tək özüm ilə
Demə ki, hisslərin ölüb yenə
Məni sevirsənsə, nə olar düzün denən
Ağrılar yamandır gecə, düşündüm ki
Zamanla keçər unutmuram! Zaman da keçir
Məni almasan da vecə

Alo mən qəm-qüssəli, hələ dərd üstəlik!
Alo yazıram-pozuram
Vərəqlər göylərə dərd göstərir!
Alo səhv gözlədim qəlbinə
Dəyirdi sərt sözlərim!
Alo hər zərrəsinə belə qurban
Olduğum nəm gözləri!

Alo mən qəm-qüssəli, hələ dərd üstəlik!
Alo yazıram-pozuram
Vərəqlər göylərə dərd göstərir!
Alo səhv gözlədim qəlbinə
Dəyirdi sərt sözlərim!
Alo hər zərrəsinə belə qurban
Olduğum nəm gözləri!

Alo… Eşidirəm səni, sən məni əsir edibsən
Sən məni illərdir duymadan
Uymadan necə məni təsvir edirsən?
Sənin şəkillərində qadın ruhu məni
Əgər təslim edirsə
Mənim deyilsən, amma sən mənə təsir edirsən

Alo?! Yığma, nə olar, qollar titrəyir
Vururdu siyirməyə sən sanki ömürlük məhbus
Sona qədər mən gözləyə bilmərəm
İllər necə tez keçir
Sən üzüyümdəki kədər daşımsan
Sən mənim ilk sevgim
Sən sanki mənim 17 yaşımsan

Alo?! Sabah neynirsən? Mütləq görüşək
Güc ilə dözürəm
Mən özüm özümə yalvarıram ki, gəlim özümə
Nəm qara gözümə gəlirsən
Hər gün necə dözüm mən?
Mənim ürəyim səndədir
Sabah gələndə onu gətir özünlə

Alo uzundu yollar
Hər tində gördüyüm döngədə səhv var
Alo dərk elə nə olar
Bu nağılın sonunda neçə dərd var

Alo əsirdi qollar
Dağıtdığım otaqda nə qədər rəf var
Sənə aldığım boyunbağında da
Sənin baş hərfini daşıyan hərf var!

Alo mən qəm-qüssəli, hələ dərd üstəlik!
Alo yazıram-pozuram
Vərəqlər göylərə dərd göstərir!
Alo səhv gözlədim qəlbinə
Dəyirdi sərt sözlərim!
Alo hər zərrəsinə belə qurban
Olduğum nəm gözləri!

Alo mən qəm-qüssəli, hələ dərd üstəlik!
Alo yazıram-pozuram
Vərəqlər göylərə dərd göstərir!
Alo səhv gözlədim qəlbinə
Dəyirdi sərt sözlərim!
Alo hər zərrəsinə belə qurban
Olduğum nəm gözləri!

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio