Tibu KM, Tefo KM - Poliqon mahnı sözləri (lyrics)

[Tibu KM, Tefo KM - Poliqon mahnı sözləri lyrics]

Üzümüzü görənlər deyirlər "dəli"
Gözümüzə baxa bilsən, görərsən dəlil
Özümüzə gəliriksə, axanda tərim
Biz bir ildə həri, yaradırıq hər il

Hər dəfə birinə görə birini əz
Bunun başını at, birinin başını kəs
Hamının başın burax, təkbaşına gəl
Tək maşında, tək, tək başına gəl!

Mənim dərziyə düşərsə dəli tərzim
Bir də Həzi-yə gəlin, mən verim dərsi
Sən fərz elə hətta mənə gələn həzzi
Başını qaldıran varsa da, başını əzim!

Tefo-nun çapdığı "beat"lərə bax
Ətrafda "hater" və itlərə bax
Trenddə yer tutan "вид"lərə bax
Bir də TV-də buraxan bu şitlərə bax!

Ey! Tefo yenə "microphone"da


Söz düzür o yenə poliqonda
Ey! Tibu yenə "microphone"da
Söz düzür o yenə poliqonda

Ey! Tefo yenə "microphone"da
Söz düzür o yenə poliqonda
Ey! Tibu yenə "microphone"da
Söz düzür o yenə poliqonda

Ciddi rəftar üzdə saqqalı, beyinsə dar
Bizi dinləyə bilər polis hətta
Amma biz tutulan zaman rəis qəddar

Bu elə bil reportajdır
Mən az qala hamı ilə eyni stajda
Bu həyat adlı qəribə bir ermitajdır
Mən hər şeyi çəkdim, əzabdan başqa

Məni tanımır hər isim
Onlar daha çox sevir həmcinsi
Rep - burda vardır hər cisim
Yellədəcəm bir gün Milli Məclisi

Mənə paxıl baxma
Çox passiv olmuşam mən axır vaxtdır
Zaman həyatdır, qaytar eyni vaxtı
Get qarşına çıxa bilən adamı axtar!

Ey! Tefo yenə "microphone"da
Söz düzür o yenə poliqonda
Ey! Tibu yenə "microphone"da
Söz düzür o yenə poliqonda

Ey! Tefo yenə "microphone"da
Söz düzür o yenə poliqonda
Ey! Tibu yenə "microphone"da
Söz düzür o yenə poliqonda
Ey! Tefo yenə "microphone"da

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio