Tibu KM, DN Jo - Badu Kübə mahnı sözləri (lyrics)
[Tibu KM, DN Jo - Badu Kübə mahnı sözləri lyrics]
Xəyanət edənlərlə bir tutuldu sevənlərin
Nə sərt küləklərin qaytarmır gedənləri
Nə içkili sabahların unutdurmur dünənləri
Bakı, sən azad olduğum qəfəsimsən
Şeir yazdım qışına, qələmi qızdırıb nəfəsimlə
Ayağımın dəymədiyi neçə məhlə
Neçə küçən var?
Əmin ol, hamısında fırlanacam səsimlə
Yazdım, illərlə düşündülər məni
Bakı, bir sakinə görə aylarla eşitdilər məni
Deyim bil
Inciməsin deyə əsirdim bir qadının üstündə
Küləklərin elə bildi üşütdülər məni
Səndə öyrəndim şeiriyyatı, qəzəli
Başqa əllər və başqa sahildə gəzərik
Səndən kilometrlərlə uzaqlaşdım, amma
Ağdənizə dəyişmədim Xəzəri
(dəyişmədim Xəzəri)
Bakı boz şəhər, gəlmişəm xoş, şəhər
Səndə dayanmadan nəğmə qoş, şəhər
Küləyi toz şəhər, ürəyi boş şəhər
İlk dəfə məni qarşılayan əliboş şəhər
Bakı boz şəhər, gəlmişəm xoş, şəhər
Səndə dayanmadan nəğmə qoş, şəhər
Küləyi toz şəhər, ürəyi boş şəhər
İlk dəfə məni qarşılayan əliboş şəhər
Bu şəhər zülmü sevir, Bakıda sərtdir külək
Heyranam hər gününə, Həzi-dən Dərnəgül-ə
Hörmət puluna görə, Bakı hər dərdə gülən
Dörd ilə sevgi qazandım, itirdim bircə günə
Beynim dumanlı, belə gözəlsən, amma
Dağüstü parkda izləyirəm səni sərxoş halda
Səhər nəfəs alır ciyər… Və doymayanda
Bakı çox gözəl, şəhərdə insanlar olmayanda
Köhnə şəhərdə yeni tikililər qüsurlu
Bir qız qalamız var, onun da girişi pullu
Dolanaq bir təhər biz, təki vaxt çatlasın
Məhləm sevir "Domino 101", nərd taxtası
Tək arzum – oğlumla gəzəndə parkda
Danışım "90 lar"dan, "20 yanvar" haqda
Qoy qulağında oxusun məndən yaxşı repçilər
Qapılar bağlanır
Növbəti stansiya - "Neftçilər"
Bakı boz şəhər, gəlmişəm xoş, şəhər
Səndə dayanmadan nəğmə qoş, şəhər
Küləyi toz şəhər, ürəyi boş şəhər
İlk dəfə məni qarşılayan əliboş şəhər
Bakı boz şəhər, gəlmişəm xoş, şəhər
Səndə dayanmadan nəğmə qoş, şəhər
Küləyi toz şəhər, ürəyi boş şəhər
İlk dəfə məni qarşılayan əliboş şəhər