Tibu KM, Tefo KM, SheyhRee - Bir Karvanım Olsaydı mahnı sözləri (lyrics)
[Tibu KM, Tefo KM, SheyhRee - Bir Karvanım Olsaydı mahnı sözləri lyrics]
Uzaq liman, sıxır məni sənsiz dörd divar
Bir karvanım olsaydı
Sınıq divan içində əziyyət tutur divan mənə
Karvanım olsaydı
İçi yalan, həsrətin edibdir dəli-divan
Bir karvanım olsaydı
Yarım qalan, qırıq-tökük, mən yarımcanam
Bir karvanım olsaydı
Uzaq liman, sıxır məni sənsiz dörd divar
Bir karvanım olsaydı
Sınıq divan içində əziyyət tutur divan mənə
Karvanım olsaydı
İçi yalan, həsrətin edibdir dəli-divan
Bir karvanım olsaydı
Yarım qalan, qırıq-tökük, mən yarımcanam
Bir karvanım olsaydı
Günəş sarı, gözünə düşür və üzün qızarır
Karvanım olsaydı
Qışı, qarı yaşamadan səni yaş aparır məni
Karvanım olsaydı
Ayaqyalın, içində gəzərdik ayıq halımla
Karvanım olsaydı
Bir az baxıb, güldürüb səni, sonra alğadıb
Mən sanki bir dərviş sən səhreyi-karvan
Dövr elə sən də, bax
Dövr edir dünyeyi-dövran
O dilə alış, tüstüyə qarış
Ürəyi qarış-qarış gəz yağsa da yağış
Ciyərə danış sən tənbəki, qətran
Mən sanki bir dərviş sən səhreyi-karvan
Dövr elə sən də, bax
Dövr edir dünyeyi-dövran
O dilə alış, tüstüyə qarış
Ürəyi qarış-qarış gəz yağsa da yağış
Ciyərə danış sən tənbəki, qətran
Mənim karvanım olsaydı
Həyatımdan alınan illəri doğsaydı
Sən məni öz həyatında yox saydın
Kaş yazdığım məktubu oxusaydın
Mənim karvanım olsaydı
Kaş sənə ilk dəfə toxunmağa sənə qorxsaydım
Bizim karvan bizi bu yolda qorusaydı
Ürəyimə ilk girən an qovsaydım
Mənim karvanım olsaydı
Qırıq divar, için yalan, mənim içim haram
Mənim karvanım olsaydı
Qırıq ürək, kobud külək, mənim ipim tarım
Mənim karvanım olsaydı
Üzümdə qar, mənim üzüm də var
Sənə sözüm kalan mənim karvanım olsaydı
Üzülmə, yar, bəlkə sevmirəm deyə qışqırmıram
Mənim karvanım olsaydı
Olmazdı mənim dərin ürəyimin sancıları
Mən susuz qalmazdım səhralarda
İçərdim sənin ovucundan damcıları
Xoş xəbər gətirmədi carçıların
Uzaq düşməyin hər şeyi açıqladı
Sənin suların kimi səni acıladım
Hər gecə mən vərəqləri mən qamçıladım
Mən sanki bir dərviş sən səhreyi-karvan
Dövr elə sən də, bax
Dövr edir dünyeyi-dövran
O dilə alış, tüstüyə qarış
Ürəyi qarış-qarış gəz yağsa da yağış
Ciyərə danış sən tənbəki, qətran
Mən sanki bir dərviş sən səhreyi-karvan
Dövr elə sən də, bax
Dövr edir dünyeyi-dövran
O dilə alış, tüstüyə qarış
Ürəyi qarış-qarış gəz yağsa da yağış
Ciyərə danış sən tənbəki, qətran