Tibu KM - Es mahnı sözləri (lyrics)

[Tibu KM - Es mahnı sözləri lyrics]

Sən elə bil rəvayətsən, mənə bir rəva etsən
Çəkərəm saçlarını dəniz dalğa, səma versə
Sənə elə bil əmanətsən
Ömür boyu dəvam et sən
Elə bir məhəbbətsən, qalaram lap şəfan getsə

Elə bil təravətsən, əynimdə vəfat et sən
Əlimdə gülərlə gələcəm bu gün nahar etsək
Elə bil rahat olaram hər şeyi halal etsən
Ölürəm soyuqdan, kaş qışımı bahar etsən

Ürəyimi gəzdir özünlə, sən ziyarətsən
Sənə görə öldürərəm mən, sən cinayətsən
Hisslərlə daxma qurmuşam, sən imarətsən
Mən bu gün qanun pozmuşam sən ədalətsən

Mən elə bir sürünən səfil, sən ibadətsən
Mən elə bil çirkab içində, sən qiyamətsən
Mən elə bil sıxılan yumruq, sən şəhadətsən
Mən elə bil on altı cümlə, sən nəqarətsən



Sən ayrı bir aləmsən, tapdın məni nəhayət sən
Sən mənim bir ailəmsən
Sən ayrı bir məharətsən
Ayrı bir məlahətsən, hərarətsən, ziyafətsən
Mən sevgidən qorxurdum
Verdin mənə cəsarət sən!

Sən ayrı bir aləmsən, tapdın məni nəhayət sən
Sən mənim bir ailəmsən
Sən ayrı bir məharətsən
Ayrı bir məlahətsən, hərarətsən, ziyafətsən
Mən sevgidən qorxurdum
Verdin mənə cəsarət sən!

Bütün sevənlər üçün! Atıb gedənlər üçün!
Gözəldir sevgi
O gözəl qızları görmüşəm hər cür
Oluram təəccüb
Ilk dəfə gülləri alıram sənçün
Qapındayam sənin
Heç bilmirəm bura gəlmişəm nə üçün

Ayrı bir ətri, nəfəslər var onda
Mənim kimi, qəlbinin içində qəfəslər var onda
Mən zəhər alırdım, yanında başım gedirdi
Əlimdən tutub, gözü axaraq o məni sevirdi

Söz verirdim, and içirdim
O qara şeylərə toxunmaram
Amma hər gecə gəlirdi yuxularıma
Tər içində durub soyuqlamaq
Sağalt məni bu saat məni, bu dəqiqə
Buraxma rahat məni
Yalvarıram, indi fikirləşmə ki
Yəqin tapmısan nahaqq məni

Dəyişmişəm mən, sözün düzü, zaman üzür
Dolu səhvlərlə gəlmişəm mən
Bu səhv dolu çantanı saxla özün
Yüz dənə işlər çevirmişəm mən
Heç vaxt olmayıb saxta üzüm
Mənim gözlərimə diqqətlə bax
Ilk dəfə çünki axmır gözüm

Sən ayrı bir aləmsən, tapdın məni nəhayət sən
Sən mənim bir ailəmsən
Sən ayrı bir məharətsən
Ayrı bir məlahətsən, hərarətsən, ziyafətsən
Mən sevgidən qorxurdum
Verdin mənə cəsarət sən!

Sən ayrı bir aləmsən, tapdın məni nəhayət sən
Sən mənim bir ailəmsən
Sən ayrı bir məharətsən
Ayrı bir məlahətsən, hərarətsən, ziyafətsən
Mən sevgidən qorxurdum
Verdin mənə cəsarət sən!

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio