Tibu KM, Tefo KM - Gecə Rahat Yat mahnı sözləri (lyrics)

[Tibu KM, Tefo KM - Gecə Rahat Yat mahnı sözləri lyrics]

Mən yenə yarpaqları quruduram
Sənə zəng etməyi də unuduram
Sakit çiynimdə yatmısan
Sən axı məndə nə tapmısan?

Soyuqdur, günəş elə bil küləkdir
Səhər öpüş yerinə məndə öskürəkdir
Və ömrümə deyəsən qalıb az
Narahatam, can, evə çatanda yaz

O danışmır, inciyir, susur
Amma səhər evdən çıxanda arxamca səpir su
Biz fərqli zər kimiyik, əgər ömür nədir?
O "pənci-sə"dir, mən "cahar-du"

Mənə dözməyi inanılmazdır
Maraqsızıq, gərək bizdə alınmazdı
Əgər Anxel biz haqda yazsa roman
O roman satılmaz

Gecə rahat yat, gecə rahat yat


Gecə görməsəm də, səhər görəcəm səni
Gecə rahat yat, gecə rahat yat
Səhər dönməsəm də, gecə dönəcəm yəqin

Gecə rahat yat, gecə rahat yat
Gecə görməsəm də, səhər görəcəm səni
Gecə rahat yat, gecə rahat yat
Səhər dönməsəm də, gecə dönəcəm yəqin

Sən yenə yarpaqlarımı gizlədirsən
Görüş yerində məni gözlədirsən
Heç kəs bilməsin
Bədənə döymə iynəsi girəndə hirslənirsən

Mənim hisslərimsə ağılsız, axmaq
Sən istəyirsən dəniz mənzərəli bağ
Dediklərin hamısı mənim də xəyalımdır
Şükür elə, gecə evə çatıram sağ

Aç pəncərəni, çatışmır hava
Yağış yağır, bezir tavan
Vərəqlərimi masadan yığmışdı
Deyirdi "yat, səhər edərsən davam"

Düşümə itirmişəm yaddaşımı
Qeyd etməliydik sənin 20 yaşını
Yeməklər soyumamış mən gəlməliydim
Polislər almasaydılar qarşımı

Gecə rahat yat, gecə rahat yat
Gecə görməsəm də, səhər görəcəm səni
Gecə rahat yat, gecə rahat yat
Səhər dönməsəm də, gecə dönəcəm yəqin

Gecə rahat yat, gecə rahat yat
Gecə görməsəm də, səhər görəcəm səni
Gecə rahat yat, gecə rahat yat
Səhər dönməsəm də, gecə dönəcəm yəqin

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio