Tibu KM - Hostel mahnı sözləri (lyrics)

[Tibu KM - Hostel mahnı sözləri lyrics]

Qara qüvvə alıb məni əsarətə
Şair şübhə etməz qara bədahətə
Mənim rəvayətim dönüb rəzalətə
Oxatan indi ox atır ədalətə

Mən xəzinəmi dolu beynimə dartdım
Beynim xərəbdir, sümüyüm çatdır
Mənə halal düşən pulları çatdır
Yenə məni çağırmağa pulları çatmır

Ey, mahnıma oynama, "baby"
Baxışım azdırsa, beyniniz keydir
Eyni bunların hamısı "fame"i
Aparıcı fahişədir, falçı da geydir

Xaxaxa, budurmu axirət?
Savadsızlıq görsənir daxilən
Gəlməyəcəm mən verlişə qəsdən
Son anda salacam verlişi təxirə

Bizim beynimiz kosmos qara gözlərim fosfor


Gecə kirayə hostel
Söz ithal edir beynimdə toster

Bura "ghetto"dur, abi
İçimdə oynanır dəli bir cahil
Sönən bir dahi, görən bir mahir
Ölməyən zahir, ölən bir rahib

Burda "качь" olmalıydı
Nəqarətə uyğun "punch" olmalıydı
Sanki süfrədə "lunch" olmalıydı
Oynayan qız uzunsaç olmalıydı

Bahalı bərbər kəsirdi qaşın
Götürməliydik kirayə maşın
Amma mənim hosteldə qaçırdı başım
Biz qeyd edirdik növbəti yaşım

Ruhuma deyib vida
Mən dəli olub hər şeyə verdim xitam
Mənim min dənə mahnım edib intihar
Mənim bir dəfə belə almadım intiqam mən

Bir kərə alanda təfəkkür
Ölüm itdiyə görə minlərlə gül
Ölkə, otuz yeddiyə görə təşəkkür
Bu tarix verirdi mənə təvəkkül

Tüstüyə qarışır tavan
Bəlkə də bu qədər tamam
Bəlkə də bu qədər aman
Ürəyim bərk vurur, çatışmır havam

Harda? Harda yığardım?
Bu bəlkə növbəti əcəlin ardı
Gəlməlisən indi, bu dəqiqə yanıma
Gecikir çünki təcili yardım

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio