Tibu KM - Khojaly mahnı sözləri (lyrics)
[Tibu KM - Khojaly mahnı sözləri lyrics]
Çünki hər dəfədən kədər yağır qəlb tərəfə
Yadımdan çıxmır o gecə sonrakı hər ərəfə
Elə bildim yuxuda bərk səs-küy
Gəlir kənd tərəfə
Oyandım, kaş oyanmazdım həmin mənzərədə
Kəndə güllələr töküldü o gecə hər təpədən
Atam baxdı pəncərədən, ikinci mərtəbədə
Elə həmin mərtəbədə yaralandı, "Ölmə dədə!"
(Öldü dədə) Dəydi güllən hər bədənə
Vallah bu olay bitər ən güclü bir zəlzələdən
Hava da düşmən kimi qar yağdırır hər tərəfə
Şərqdən ordu gəlir
Qaçdıq kor-koranə qərb tərəfə
Sən axı bu torpaqda doğulmusan
Təsəvvür et doğulduğun yerdən də qovulmusan
Qar-qar çay tərəfə aparır qorxulu meşə
Qar dizə qədər və sən getməkdən də yorulmusan
Öldü nə qədər körpə, nə qədər qoca
Nə qədər adam
Öldü nə qədər ailə, nə qədər ata
Nə qədər ana
Gördüm nə qədər satan vicdanını qədəhlərlə
Döndü geriyə qatar sərnişin yox cəsədlərlə
Tarix yazılır qanla, göydə susur yaradan
Mən ölməmiş keçəcəm torpağa gedən qapıdan
Və həmin vacib əmriniz ölkəyə verilən anda
Mən öndə getmək istəyirəm, Ali Baş Komandan