Tibu KM - Leila mahnı sözləri (lyrics)
[Tibu KM - Leila mahnı sözləri lyrics]
Tək qalacam təngə nəfəslərlə
Öləcəm bir anlıq və doğulacam bəstələrdə
Məni dinləyənlər də mənim kimi xəstələrdir
Səni yada salacam, boğularaq tüstülərdə
Qələm yazırdı lirika, melodrama
Xatırladırdı sətirlərdə, sevdiyi insanı
Xoş gəlirdi artıq şübhəli sualların
Qoruyurdu məni gecə-gündüz sənin duaların
Günahlarının içində ən üstü mən
Səndən qabaqkılar getdilər və məndən küsdülər
Əsəbiyəm, aqressivəm, gəlmə üstümə
Sakitləşdir öpüşlə qışqıranda üstünə
Leila, çatmır səbrim
Ya belə qəbul elə məni, ya da nə bilim
Leila, başa düşmürəm elədiklərimi
Pozacaqsan bir-bir əzbər bildiyin treklərimi
Leila, Leila, Leila
Əllərin titrəyir, gözlərin dolduqca
Leila, Leila, Leila
Bağışla, vaxtsız gedişim istəmədən oldu, can
Leila, Leila, Leila
Əllərin titrəyir, gözlərin dolduqca
Leila, Leila, Leila
Bağışla, vaxtsız gedişim istəmədən oldu, can
Mən ideal deyiləm, mən sənin gərəyin
Soyuqdan titrəyən qadın, mən əsən küləyin
Əgər yazdığın mesajlara cavab vermirəmsə
Mən gecələr söz yazıram, rahat yat, ürəyim
Sən xəstəliksən, hansı ki, qanımdan çıxıb
Bu gün görüşməliydik, bağışla, yadımdan çıxıb
Başa düşürəm yaxşı, sənin hər dediyini
Qulaq asıram diqqətlə
Amma edirəm öz bildiyimi
Ancaq mən, başqa oğlan adlarını rədd elə
Mən sənin həyatınam, başqalarına reperəm
Bu gün gəlməyəcəm sizə, başqa yerdəyəm
İşdir ağlasan gecə, sabah silərəm
Leila, gedirəm, mənə yaxşı yol
Mən özüm yaxşıyam, təki sən yaxşı ol
Leila, səni saxlayıram ağrılarla
Ayrılırıq, amma tez-tez görüşərik mahnılarda
Leila, Leila, Leila
Əllərin titrəyir, gözlərin dolduqca
Leila, Leila, Leila
Bağışla, vaxtsız gedişim istəmədən oldu, can
Leila, Leila, Leila
Əllərin titrəyir, gözlərin dolduqca
Leila, Leila, Leila
Bağışla, vaxtsız gedişim istəmədən oldu, can
Leila, Leila, Leila
Əllərin titrəyir, gözlərin dolduqca
Leila, Leila, Leila
Bağışla, vaxtsız gedişim istəmədən oldu, can