Tibu KM - Mündəricat mahnı sözləri (lyrics)

[Tibu KM - Mündəricat mahnı sözləri lyrics]

Bu gün qovuldum işdən, dedilər tənəffüsdə
Müdür bildi asılıyam mən
Təkcə bir təxəllüsdən
Açığı öyrəşmişəm daşımağa bəd yükünü
Dən tapır öz tükünü, 23-də saç tökülür

Həmişə istəmişəm pulları içib xərcləyim
Təəssüf həmişə olmayıb heç cib xərcliyim
Dəhşət pis övladam, məndən də pisləri var
Ömürlük "tattoo"m yox
Ömürlük güllə izlərim var

Dalımca qaçan itlərin ayağı at kimidir
Mən sənə kəlmə dedimsə, bu mənə and kimidir
Rəis, gəl danışaq səninlə haqqına
Bu günə qədər mən girmədim kiminsə haqqına

Məhəbbət görmürdüm mən dırmaşanda ürək damına
Tanıdığım Məcnunlar ürəyini atır zibil qabına
Sevgi çox istəklidir, xoşlayırdı pul və qızıl
Mən istəmirəm mən kimisini tapsın mənim qızım



Hər gün eynidir
Ancaq sayı dəyişir rumkaların
Aldığım sutkaların, dərmanların "ломка"ları
Musiqi sovurdu bizi, gələcək beləydisə
Dəqiq bilirdim, qoyan olmayacaq heykəl bizə

Elə bil qəm əhvalım xoşluğa dilənir rica
Elə bil uğurumun üstünə mən örtmüşəm hicab
Elə bil yazmayanda sümüyə dirəndi bıçaq
Və həyatımı oxuyurdum, alınırdı mündəricat

Mən özümü dinləyəndə yorulurdum
Hər gördüyüm kağızda doğulurdum
Öz dünyama qapanıb yox olurdum
Başqa hər yerdə mən boğulurdum

Mən özümü dinləyəndə yorulurdum
Hər gördüyüm kağızda doğulurdum
Öz dünyama qapanıb yox olurdum
Başqa hər yerdə mən boğulurdum

Heç kəsi oyatmadan yerimdən dururdum asta
Çünki bu gün ilk dəfə
Oyanmışdım sübh namazına
Əllərim təmiz halda inamımı yığdım həcmə
Yerə pıçıltı gedər, göyə möcüzəydi səcdə

Bu kürəni bəyənmirdim, bəyəndim öz röyalarımı
Mən yaratdım sən yaratdığın
Dünyada dünyalarımı
Körpəlikdən bəri səhvlər, məndə abır qalarmı?
Gizlədirdim evdəkilərdən qırıq qabırğalarımı

Gördüyüm hər bəyaz vərəqdə hər
Gün misra doldu əllərimə vermisən qüvvət
Yazdığım missal oldu
Və dağıdırdı hər gün ciyərlərini insan oğlu
Mən bir gün tövbə etdim
Həmin gün insan oldum

Mən özümdən razıydım
Dəhşət özümə hər gün əmin
Sol çiynimin torbasına gəlir daşlar
Hər günə min
Qəhraman Babəklər olur, mən sadə Əlxürəmin
Qarışdırdım cənnət suyuyla alovunu cəhənnəmin

Yanına gəlmişəm bu gün şairin nəğməsiylə
Əlimdə bir qutu yazı insanların gur səsiylə
Gətirmişəm məktublar sənə, ölüm diləkçəsiylə
Mən ayrı dildə danışırdım, insan ləhcəsiylə

Sən mənim alnımı yaz, mən qələmi edim qatil
Mən yaşadım çox səhv, amma yaşadım sənə xatir
Öz varlığıma qafil hiylə əməl tarazlanar
Mən səni təkcə görsəm, suallarım cavablanar

Mən özümü dinləyəndə yorulurdum
Hər gördüyüm kağızda doğulurdum
Öz dünyama qapanıb yox olurdum
Başqa hər yerdə mən boğulurdum

Mən özümü dinləyəndə yorulurdum
Hər gördüyüm kağızda doğulurdum
Öz dünyama qapanıb yox olurdum
Başqa hər yerdə mən boğulurdum

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio