Tibu KM - Rəvayət mahnı sözləri (lyrics)
[Tibu KM - Rəvayət mahnı sözləri lyrics]
Ya aramızda sərhətmi
Şəkillərinə gecə baxdım
Itirmişdin mərifətini
Arada maşınla biz, Neftçilərdən Əhmədli
Uşaqlar, bax burda qalır qəlbimdəki rəhmətlik
Sür gedək, gözlər birdən görər kimisə
İçkisiz əfəl kimisən, içəndə dərd kimisən
Dəyişkən obrazın var, fırlanan zər kimisən
De görüm məni unutmaq üçün
Neçələrinə "hə" demisən?
Yadımdasan, toxundum bədəninə, əsdi duman
Mənim avara həyatım sənə sui-qəsdi qurar
Və onun gözləri axır, qışqırır - bəsdir
Qurtar!
Mənim də gözlərim axır, amma ki, məsti xumar
Hıçqırdım bərkdən
Yuxuma girdikcə bu qız yadıma düşdü məktəb
Səni və səndən qabaqkıları bu
Gün qoydum fərqə
Gözəl gözlərin var idi sənin, nəşə rəngdə
İlluziyadır, belə şeylərin də olmur axrı
İnciyib getmək məndən bu qızın ustalığı
Fikirləşmişəm bu gün biz səninlə harda qalaq?
Yaxşısı ayrı qalaq
Bu nə qısa geyim? Üzünə də çox əl qatıbsan
Sus! Danışdıqca batırsan
Mən ona şeir yazıram, bu it qızı baxır, gülür
Yarı sağam gülmə, yəni yarı ölü
Ürəymin dənizində can verir, boğulur adın
Ağlayaraq şəkillərimi cıran qadın
Mənim təravətimi satdın ucuz əmanətə
Üzümə baxıb yalandan danışırdı bədahətən
Soyuyur hava
Dözmək olmur biləndə ki, toyudur sabah
Mən onu xəyali isti geyindirdiyim zaman
O isə ilk gecəsində soyunur tamam
İsti yataqda boşalır sevgi
Sevib evlənib, sonra boşanır sevgi
Ayrılıq, demək boşadır sevgi
Mən cavanlığımı həsr etdim
Mənsiz qocaldı sevgi
Qoy talelərdə bizi ayırsınlar
Səni izləyirəm mən ürəyimin aynasından
Sən fərqli idin təkcə ayrısından
Və qal mənsiz indi bu hisslərin qayğısına
Qoy talelərdə bizi ayırsınlar
Səni izləyirəm mən ürəyimin aynasından
Sən fərqli idin təkcə ayrısından
Və qal mənsiz indi bu hisslərin qayğısına