Tibu KM, Elvis Gabriel - Şəkillərin İntiharı mahnı sözləri (lyrics)
[Tibu KM, Elvis Gabriel - Şəkillərin İntiharı mahnı sözləri lyrics]
Sevgidən danışmayın içkiliyə
Arada mahnı yazırdım, arada gündəliyə
Arada unutmaqçün içməliyəm
Yaralar ağrı verir, ayrılıq gözümdədir
Hələ də o məktubun özündədir
Getdiyin an ürəyimi apardın özünlə bir
De görüm sözün nədir?
Səni məndən soruşanlar gəldi, getdi
Məni dəli edən dünən onun zəngi etdi
Dedi, sən gedən gündən həyatımın rəngi getdi
Amma həyatımdan rəngin getmir
Hər şey yox, çox şey səndən asılıdır
Şəkillər intihar edib, ipdən asıldı
Yeridiyim yollar bataqlıq
Narkotik deyil, sən idin ən böyük asılılıq
Səndən kilometrlərlə uzaqdayam
Yaxşı ki, bilmədin heç nə haldayam
Sən mənə möhtac idin, yanında yox idim yenə
Deyəcəkdim "sevirəm", dəstəyi qoydu yerə
Bizi ayıran bu yollar
Yat, sənə şirin yuxular
Eyni evdə eyni yorğan
Amma isidir bizi başqa qollar
Bizi ayıran bu yollar
Yat, sənə şirin yuxular
Eyni evdə eyni yorğan
Amma isidir bizi başqa qollar
Əlində əyri güllər
Təsadüf eyni kafe, gəlmək eyni gündə
Baxır gizlin mənə, qeyri gülər
Ofisiant, bu stoldan bax o qıza ürək göndər
Bu dəqiqə baxmamağım saniyə çəkər
Səni çəkib elə bil rəssam, bir az da zərgər
Fikirləşir, yanıma başqası gələcək bəlkə
Yox… Mən bu gün təkəm (Mən hər gün təkəm)
Əlimdə badə dolu
Görürəm sevgilin var, xoşbəxt olun
Mən isə həmin Tibu, sənə oxşar qız tapıram
Səni hələ də qısqanıram
Mən səni çıxartmadım özümdən
Məni sən çıxardırdın özümdən
Nədənsə gülüşlər əksilib üzündən
Hərdən yadıma düşürsən, hərdən gözümdən
İkiüzlü gözəl, başına tac taxılıb
Ürəyimi götürməyə gəlmişəm, aç qapını
Və bir də şəkillərini atma "mail"a
Qocalmısan, Leyla
Bizi ayıran bu yollar
Yat, sənə şirin yuxular
Eyni evdə eyni yorğan
Amma isidir bizi başqa qollar
Bizi ayıran bu yollar
Yat, sənə şirin yuxular
Eyni evdə eyni yorğan
Amma isidir bizi başqa qollar