Tibu KM - Sərvət mahnı sözləri (lyrics)
[Tibu KM - Sərvət mahnı sözləri lyrics]
Göz yaşları zümrüd
Yenə mənim gözlərim zülmət
Yer tapmıram düşüm gözündən
Səni bezdirib bu qədər üzrlər
O çıxmaz bircə sözümdən
Amma mən min dəfə çıxdım özümdən
Səni tanıyan gündən
Gündən-günə güc tapdım özümdə
İlk dəfə sənə məhz aldığım güldə
İçində şeiriyyat bir-iki cümlə
Mən torpaq, bitki, sən gübrə
Daha sübhdə getmərəm ölümə
Dəymək xətrinə günah, türmə
Kövrək qıza çox yaraşır gülmək
Səni elədim həbs öz dünyama, gətirdim əl-ələ
Orda kədərli səs oxuyurdu kədərli nəğmələr
Döyünür nəbz ürəkdə məhz elə bil zəlzələ
Bu ikimizə dərs, ikimizə bəhs
Ikimizə yeni mərhələ
Səni elədim həbs öz dünyama, gətirdim əl-ələ
Orda kədərli səs oxuyurdu kədərli nəğmələr
Döyünür nəbz ürəkdə məhz elə bil zəlzələ
Bu ikimizə dərs, ikimizə bəhs
Ikimizə yeni mərhələ
Bu məhəbbət görməsin şöhrət
Və biz olmayaq Şirin və Fərhad
Bizi ayırmaz qəflət şövkət
Çünki eşidər göydəki fəryad
Ver bir az da möhlət
Qatım hisslərə bir az da ovqat
Mən bəxş etdim sənə hörmət
Sən bəxş etdin mənə övlad
Sənsiz bu kainat qürbət
Mən cəbhə, sən qorunan dövlət
Başının üstü yaradan əlbət
Ayağnın altında sənin cənnət
Siz mənim üçün sərvət
Həsrət zərrə də olmasın qismət
Nə qədər ki, mən getmədim rəhmət
Tək qoyub getmərəm qəflət, xəlvət