Tibu KM - Saxta Baba mahnı sözləri (lyrics)
[Tibu KM - Saxta Baba mahnı sözləri lyrics]
Yazdığım sətiraltıları cırmaqlayıram nervdən
Evdəkilərdə var istək – Ay oğlum, evlən
Cavanlığımı itirdim mən qızları
Ötürməkdən evə
Və başa düşdük hər dəfə
Bu qaranlıq həyat zalım
Gah idmana meyil etdik, gah buraxdıq qarın
Keyfi damaq kayfın biz yaşadıq hər bir halın
Günəşi görürdük biz ağ, ulduzu görürdük sarı
Mənim birinci sevgim, unutduğum ikinci yarım
Oynayır havayla Allah, ay bəndə, geyin qalın
Şou biznesdən sual vermə, intervyu alan xanım
Maraqlı deyil paltar qiyməti Röya Ayxanın
Əllərimə yapışır barıt, gecələrimdə var işıq
Bu rayonun hər tin-bucağında
Qızdırırlar qaşıq
Ən güclü yazarlar belə burda qalırsa kölgədə
Var yoxuna lənət, plan cızırdım
Bir ay qaçım ölkədən
Keçdiyim səhv döngədə geriyə aparan səki
Axına qarşı təkəm, qoy gəlir, gəlirsə hər kim
21-ci ildə belə görmədim dürüst həkim
Treklərim sizə dərman
Orda fikirlərim müstəqil
Gəlib saxta baba
Gülən uşaqları da kövrəldir saxta baba
Qırıq ağacda kal meyvə dərir saxta baba
İndidən belə gələcək bura hər il saxta baba
Gəlib saxta baba
Gülən uşaqları da kövrəldir saxta baba
Qırıq ağacda kal meyvə dərir saxta baba
İndidən belə gələcək bura hər il saxta baba
Müasirlik sözünü başa düşmədik fərli
Yataqda tanış olan cütlük artıq keçirdir həri
Axırımız bilinməz, bu tarixin bilinmir əvvəli
Nə qədər dindar tanıyıram
Gecə barlara müştəri
Yaşamaq bizi iyrəndirir, əcəlimiz xoş gəlib
Satır marixuanna öz məktəbində məktəbli
Bu oğlan daha da
Təhlükəli İŞİD-in "terrorist"indən
Zəhləm gedir ermənidən
Bir də qızların kaprizindən
Onlara lazım yaltaqlar, onlar tanımır bizləri
Yığışdırın efirlərdən "петух"laşan
Stilistləri
Cındır qadınlar var adamın evin yıxan
Ətrafı pul çıxardandan çox var pula çıxan
Bu sətirlər mənim gecələrimi sürüdü gündüzə
Siz repi bəyənmirdiniz
Çünki yazırıq düzün düzə
Əgər günahım varsa, razıyam, salın dəhlizə
Qardaşım, bizə yaraşmaz bölmədə yazmaq ərizə
"Paranormal freestyle" – başlanğıc
Gəldi "Parafin" yeni iliniz mübarək olsun
Hədiyyəm hemoqlobin
Məni təkrarlayan MC, mənə təklif etmə "feat"
Uçuşa hazır ol, Azrep, ciblərimdə dinamit
Gəlib saxta baba
Gülən uşaqları da kövrəldir saxta baba
Qırıq ağacda kal meyvə dərir saxta baba
İndidən belə gələcək bura hər il saxta baba
Gəlib saxta baba
Gülən uşaqları da kövrəldir saxta baba
Qırıq ağacda kal meyvə dərir saxta baba
İndidən belə gələcək bura hər il saxta baba