Tibu KM - Xəzinə mahnı sözləri (lyrics)
[Tibu KM - Xəzinə mahnı sözləri lyrics]
Qara göz altılar, azdır hemoqlobin
Çöldə isti hava, içim soyuq komin
Yenə bədəndə çatışmır serotonin
Mən məhəbbət üzünə örtüb fata
Təxmini keçən il bu saatda
Mənim ürəyimdə sürünürdü adam
Sevgi barədə sual vermə, madam
Dinləyici seçmir ağı qaradan
Döndəriblər repi şou parada
Evinə aparmırlar bir qəpik belə
Bunlar necə yazırlar axı pul paradan?
Bu parçalar düşmür hit parada
Bu "punch"ları anlayar xiridarlar
Mənim mahnılarımla rəqs eləmək olmur
Tibu istəməz olsun Ramil Nabran
Yenə qışqıra-qışqıra eşidir "mic"
Yenə kirli palçığa batacaq "Nike"
Gecə ağlaya-ağlaya yazdığım trek olub
Bunlar qoyub dinləmədən "like"
Bu məmləkət şeriyyat qanmır
Anlamır yaşamağı kitab yükü ilə
Nəsiminin Ələkbər Sabirin
Kitabının vərəqləri ilə qutab bükürlər!
Bu sanki sonuncu gündür
Beyninə dirənib sonuncu güllə
Beş günlük həyatım eyni zibildir
Fərqlənmir beşinci birinci gündən
Aparıb göylər onu
Mən də istərəm qanadla göydə olum
Mən tanımıram sizin ulduzlarınızı
Mənə görə ulduzlar göydə olur
Eyni saydadır damı quşların
Göydə görünmürdü göy qurşağı
Qalırdım 4-cü mərtəbədə
Mən atdım arzuları 4-dən aşağı
Dəyməyin bizə biz hələ uşağıq
Maksimun səslə bir mahnı qoşarıq
Hər hündür səhnədə gözlərim yumulur
Mən baxmıram yuxardan aşağı
Yenə ancaq yuxular olur əlvan
Mənə xoşbəxtlik diləmə, dilə şəfa
Əgər mənim treklərim sizə dərman
Deməli düz gedir uğura gedən karvan
Necə beynim sızılır vərəqə həkk
Yenə hamıya qarşı vuruşuram tək
Gecə güzgüyə baxanda ağarır rəng
Çünki sağlam ayətə yollarım ləng
(yollarım ləng) Əldə qullam
Nə qazanmışamsa əlhəmdülillah
Mənim ciblər boş, beynim pullar
Sanki gəlir xoş elektirik stullar
Rep ayıq deyil, rep ancaq otdur
Rep "under" dеyil, rep artıq moddur
Mənim treklərim maşında "полный" xodda
Amma mən yenə gəzirəm Rüstəmovda
Mən ölməyə bəlkə də layiq MC
Sənin ustadın dəlidir, kumirin psix
Mən yaxşı insanları tamam əksi
Mən son ayda olmuşam paralеksik
Qəddar insanlarda yoxdur insaf
Hər dam köhnə keçmişə bir misal
Hər an yazanda oldum ayrı insan
Hətta bir misra etmədim israf
Bu sonuncu bəlkə də gördüyüm "cover"
Cəhənnəmə məni aparır şofer
Sevdiyim qız mənim xoşlayır kofe
Mənim isə damarıma qarışır morfin
Yol ver, bütün həddi aşaraq
Arzularım uçur başı aşağı
Ən hündür zirvədə gözlərim yumulur
Atıram özümü həzin axşamı