Aygün Kazımova, Rauf - Bizdən danışaq mahnı sözləri (lyrics)

[Aygün Kazımova, Rauf - Bizdən danışaq mahnı sözləri lyrics]

Gəl, sevgilim, bizdən danışaq
Səni mənə sevdirən ürəkdən danışaq
Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Danışaq, danışaq,  bizdən danışaq
Danışaq, danışaq, bizdən danışaq
Gəl, sevgilim, bizdən danışaq
Səni mənə sevdirən ürəkdən danışaq
Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Bərabər gülüb, yalnız ağladığımız günləri
Haqsız səbəblərdən gələn üzüntüləri
Unudaq, unudaq, sevgidən danışaq
Gəl, sevgilim, bizdən danışaq

Həyatın gül üzünü dəyişənlərdən
Yalanı doğru yeridənlərdən
Xəyanətlə əlbir gedəndən
Haqqı nahaqa verəndən
Dünyanı satıb-alanlardan biz insanlardan
Biz insanlardan biz insanlardan

Bərabər gülüb, yalnız ağladığımız günləri
Haqsız səbəblərdən gələn üzüntüləri
Unudaq, unudaq, sevgidən danışaq
Gəl, sevgilim, bizdən danışaq

Dost deyib, düşmən çıxan da
Miras üstə dalaşan da
Buz ürəkli adamlar da bizlərdəndir
Ədalətsiz qərarları, şərlə dolu hesabları
Nifrəti, kədəri günümüzə gətirən də
Bizlərdəndir

Gəl, sevgilim, bizdən danışaq
Səni mənə sevdirən ürəkdən danışaq
Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Danışaq, danışaq, bizdən danışaq
Danışaq, danışaq, bizdən danışaq

Bərabər gülüb, yalnız ağladığımız günləri
Haqsız səbəblərdən gələn üzüntüləri
Unudaq, unudaq, sevgidən danışaq
Gəl, sevgilim, bizdən danışaq

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio