BadClause Music - Qucaqla mahnı sözləri (lyrics)
[BadClause Music - Qucaqla mahnı sözləri lyrics]
Bilirəm hamı gedəcək, amma nə olar
Sən buraxma
Ən yaxın dostlardan xeyir yoxdur
hamsı saxta
Səndən uzaq olsam belə xatirələr qalıb otaqda
Hər gün eyni dərdi çəkən bulaqdır
Gözlər yaşımla sadəcə bir baxışa
Görə qaldın əbədi yaddaşımda
Bu mahnının yazılmağına səbəb sənsən
Ən başında
Başqalarına bənzəmirsən, onlar artıq
Yadlaşırlar
Yuxusuzluq dəli eləyir istəmədən ağlayanda
Sən gecələr şirin yuxuda nə
Olar mənə görə oyanma
Öskürək də bir yandan, sən bir yandan
Dərd bir
Yandan, sıxır məni, "yaxşıyam" desəm, inanma
Mürəkkəbdən ətrin gəlir
Vərəqlərim kövrələndə
Zaman geriyə qaytarmır, xatirələri köhnələndə
Həyatıma girmisənsə, əziyyət olar
Çıxma bir də ciyərlərim tütün istər
Qəlbə qonaq sən gələndə
Ətrini məndən alır küləklər
Sən həmişəlik dustaq ürəkdə
Qucaqla məni, bir yerdə ölək gəl
Cismimi al, ruhumsa göylərə
Ətrini məndən alır küləklər
Sən həmişəlik dustaq ürəkdə
Qucaqla məni, bir yerdə ölək gəl
Cismimi al, ruhumsa göylərə
Həmişə susdum mən, yazım bir-iki cümlə
Boz həyatın çərçivələri rəngə
Dolur sən güləndə
Sözlərin qədər isitmir gözlərini düşünmək də
Sənsiz gecələr çoxalır yoxluğunu düşünməkdən
Gözyaşım torpaq olsa basdırardım özümü orda
Yaşamağıma səbəb olsun - qəlbindən ümid yolla
Arzuların böyükdürsə
Mənə də bir yer ayır orda
Sən gülümsə mən dərdinə
Ağlayaram narahat olma
Sənlə yazdığım talehi, kaş öncədən pozsaydım
Münasibət dağılırdı, sən bu işdə ustaydın
Sənsizlik möcüzəydi, amma ki, mən yox saydım
Hər şey daha gözəl olardı
Qollarımda olsaydın
Ətrini məndən alır küləklər
Sən həmişəlik dustaq ürəkdə
Qucaqla məni, bir yerdə ölək gəl
Cismimi al, ruhumsa göylərə
Ətrini məndən alır küləklər
Sən həmişəlik dustaq ürəkdə
Qucaqla məni, bir yerdə ölək gəl
Cismimi al, ruhumsa göylərə
Ətrini məndən alır küləklər
Sən həmişəlik dustaq ürəkdə
Qucaqla məni, bir yerdə ölək gəl
Cismimi al, ruhumsa göylərə