Sevda Ələkbərzadə - Mən Səni Gözlədim mahnı sözləri (lyrics)
[Sevda Ələkbərzadə - Mən Səni Gözlədim mahnı sözləri lyrics]
Qəlbimdə ağlayan məhəbbət ilə
Mən səni gözlədim hər an beləcə
İçimdə üşüyən bir həsrət ilə
Gözümdə saralan qəmli eşqimi
Sənin baxışların əlimdən aldı
İçimdə hönkürən duyğularımı
Bir dəli məhəbbət tilsimə saldı
Mən səni gözlədim yol ayrıcında
Küləklər könlümü alana qədər
Mən səni gözlədim sevən qəlbimdə
Məhəbbət bir nəğmə olana qədər
Mən səni gözlədim sonsuz səhrada
Ürəyim od tutub yanana qədər
Mən səni gözlədim qarlı baharda
Bu həsrət bir vüsal olana qədər
Həsrətim gözümün gölündə üzdü
Dənizdə çırpınan dalğalar kimi
Ləpələr eşqimi sahilə düzdü
Yarpaqdan asılan damlalar kimi
Mən səni gözlədim yol ayrıcında
Küləklər könlümü alana qədər
Mən səni gözlədim sevən qəlbimdə
Məhəbbət bir nəğmə olana qədər olana qədər
Mən səni gözlədim yol ayrıcında
Küləklər könlümü alana qədər
Mən səni gözlədim sevən qəlbimdə
Məhəbbət bir nəğmə olana qədər