Sevda Ələkbərzadə - Viranə mahnı sözləri (lyrics)

[Sevda Ələkbərzadə - Viranə mahnı sözləri lyrics]

Həyatımın mərkəzində, tən ortasında
Sürdüyüm bu ömrün hər dəqiqəsində
Nəğmə oxuyan küləyin həzin səsində
Sən varsan, gülən gözlərin var

Ayrılıq dolu filmin hər səhnəsində
Parçalanmış gəminin göyərtəsində
Sonsuz sevən insanın düşüncəsində
Mən varam, ümidlərim var

Mən qalmışam çarəsiz, viranə
Mən olmuşam sevgisiz, divanə
Qışa döndü yazım baharım mənim
Dəyişə bilmirəm fəslimi, neyləyim?

Mən qalmışam çarəsiz, viranə
Mən olmuşam sevgisiz, divanə
Qışa döndü yazım baharım mənim
Dəyişə bilmirəm fəslimi, neyləyim?

Sən yanan şam, pərvanətək bağlıyam sənə


Qısa olan bu ömrümdə möhtacam sənə
Günahım sevməksə əgər, həmdəmim ol
Hər cəzayam mən razıyam, günahım ol

Ayrılıq dolu filmin hər səhnəsində
Parçalanmış gəminin göyərtəsində
Sonsuz sevən insanın düşüncəsində
Mən varam, ümidlərim var

Mən qalmışam çarəsiz, viranə
Mən olmuşam sevgisiz, divanə
Qışa döndü yazım baharım mənim
Dəyişə bilmirəm fəslimi, neyləyim?

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio