Sevda Ələkbərzadə - Ən mahnı sözləri (lyrics)

[Sevda Ələkbərzadə - Ən mahnı sözləri lyrics]

Ah, ürəyim daş oldu şər mənə qardaş oldu
Sən ki, gəlmədin kədər, qəm mənə yoldaş oldu

Gözlərim gözyaşı oldu ürəkdə savaş oldu
İstədim bir unudam min cürə yaddaş oldum

Gəl, qayıt, qurban olum açılsın əlim qolum
Yenidən bu dünyada ən xoşbəxt qadın olum

Keşməkeşli yol idi döngələrlə bol idi
Birində döndüm sağa sən demə, sol idi

Yaxşı axtaran tapar öz muradına çatar
Sevda çətin olsa da birdi Koroğlu, Nigar

Qayıtdın, qurban olum açıldı əlim qolum
Yenidən bu dünyada ən xoşbəxt qadın oldum

Qayıtdın, qurban olum açıldı əlim qolum
Ən xoşbəxt qadın oldum

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio