Tünzalə - Şuşa Haqqında Ballada mahnı sözləri (lyrics)
[Tünzalə - Şuşa Haqqında Ballada mahnı sözləri lyrics]
Könül fərəhlənib eylədi pərvaz
Ölməyib görəydim seyrini hər yaz
Səndə vardır başqa lətafət, Şuşa!
Qoynuna girməyə qalmışdır bir az
Könül fərəhlənib eylədi pərvaz
Ölməyib görəydim seyrini hər yaz
Səndə vardır başqa lətafət, Şuşa!
Ey ey
Bir əcəb gülşəndir torpağın, daşın
Dumanlı dağlardır həyat yoldaşın
Bir ağrı gördümü ömründə başın?
Ey fitrən xəlq olmuş təbabət, Şuşa!
Bir əcəb gülşəndir torpağın, daşın
Dumanlı dağlardır həyat yoldaşın
Bir ağrı gördümü ömründə başın?
Ey fitrən xəlq olmuş təbabət, Şuşa!
Dağlarından qopar havalı yellər
Ah, o sərin yerlər, səfalı yerlər
Dağıdıb huşumu divanə eylər
Vüsalın hər kəsə səadət, Şuşa!
Dağlarından qopar havalı yellər
Ah, o sərin yerlər, səfalı yerlər
Dağıdıb huşumu divanə eylər
Vüsalın hər kəsə səadət, Şuşa!
Ey ey
Bir əcəb gülşəndir torpağın, daşın
Dumanlı dağlardır həyat yoldaşın
Bir ağrı gördümü ömründə başın?
Ey fitrən xəlq olmuş təbabət, Şuşa!
Bir əcəb gülşəndir torpağın, daşın
Dumanlı dağlardır həyat yoldaşın
Bir ağrı gördümü ömründə başın?
Ey fitrən xəlq olmuş təbabət, Şuşa!
Ey fitrən xəlq olmuş təbabət, Şuşa!