Nəzakət Teymurova - Çahargah Təsnifi (Muğam) mahnı sözləri (lyrics)

[Nəzakət Teymurova - Çahargah Təsnifi Muğam mahnı sözləri lyrics]

Yoxdur cahanda, yar, səntək afət
Qara gözlərinin hər baxışı bir qiyamət
Yoxdur cahanda, yar, səntək afət
Qara gözlərinin hər baxışı bir qiyamət

Çiçəkli bağça bağların ahu-ceyranısan sən
Çiçəkli bağça bağların ahu-ceyranısan sən

Könlümün asimanının tülək tərlanısan sən
Könlümün asimanının tülək tərlanısan sən

Aşiqin özünün həm sözünün canısan sən
Aşiqin özünün həm sözünün canısan sən

Aşiq olanı o mahi-cəmalə
Məni məcnun edib saldı axır gör nə halə
Aşiq olanı o mahi-cəmalə
Məni məcnun edib saldı axır gör nə halə

Çiçəkli bağça bağların ahu-ceyranısan sən
Çiçəkli bağça bağların ahu-ceyranısan sən

Könlümün asimanının tülək tərlanısan sən
Könlümün asimanının tülək tərlanısan sən

Aşiqin özünün həm sözünün canısan sən
Aşiqin özünün həm sözünün canısan sən

Narazıyam, ey gül, mənə imdad eləsən də
Naşad eləyən könlümü dilşad eləsən də

Öz səhvinə
Öz səhvinə bir vaxt peşman olacaqsan
Olmaz yetişən dadına, min dad eləsən də

Sındırmısan, əl vurma, sınıq könlümə zalım
Zalım
Viranə, viranə düzəlməz necə abad eləsən də
Öz yarına bax, başqa gözəllər səni sevməz
Bülbül kimi yüz naləvü-fəryad eləsən də

Əğyarə satıb Vahidə yadlar kimi baxma
Yaddan çıxarmaz sən onu yad eləsən də

Aşiqin özünün həm sözünün canısan sən
Aşiqin özünün həm sözünün canısan sən

Aşiqin özünün həm sözünün canısan sən
Aşiqin özünün həm sözünün canısan sən

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio