Nəzakət Teymurova - Xalq Mahnısı Aşiqəm" (Muğam) mahnı sözləri (lyrics)
[Nəzakət Teymurova - Xalq Mahnısı Aşiqəm" Muğam mahnı sözləri lyrics]
Bir sərvi boylu, dodağı qönçə
Maral baxışlı yara aşiqəm
Maral baxışlı yara aşiqəm
Olaram gündə yüz yol qurbanı
Olaram gündə yüz yol qurbanı
Belə bir gülüzarə aşiqəm
Belə bir gülüzarə aşiqəm
Gecə sübhədək eylərəm nalə
Gecə sübhədək eylərəm nalə
Düşməz heç könlüm özgə xəyalə
Düşməz heç könlüm özgə xəyalə
Gərdəni mina, ağzı piyalə
Gərdəni mina, ağzı piyalə
Ləhçəsi şirin yara aşiqəm
Ləhçəsi şirin yara aşiqəm
Ey yıxan könlüm evin, qıl həzər əfğanımdan!
Evin abad ola, əl çək dili-viranımdan
Məni Məcnun ilə
Məni Məcnun ilə Fərhadə bərabər tutma
Mən olardan da hünərlə keçənəm canımdan
Bircə gəl, gör nə cəfalar çəkirəm zülfündən
Xəbərin yoxdur sənin hali-pərişanımdan
Tən edir el mənə: "yarın nə vəfasız çıxdı?"
Ey vəfasız, demirəm mən bunu öz yanımdan
Vahidəm, əsrimizin indiki Fərhadı mənəm!
Kim məni ayrı salar Xosrovi-xubanımdan?
Güləndə ləbindən balı axan
Güləndə ləbindən balı axan
Bəzənib sərxoş tovuztək çıxan
Bəzənib sərxoş tovuztək çıxan
Niqab altından pünhani baxan
Niqab altından pünhani baxan
Əcəb xoş rəftara aşiqəm
Əcəb xoş rəftara aşiqəm
Əcəb xoş rəftara aşiqəm
Əcəb xoş rəftara aşiqəm