Nəzakət Teymurova - Yuxum mahnı sözləri (lyrics)

[Nəzakət Teymurova - Yuxum mahnı sözləri lyrics]

Gecələr göydə səni çox gəzib axtardı yuxum
Zülmətin bağrını ağ eşqi ilə yardı yuxum

Gəlməyirsən yuxuma xeyli zamandır, bəlkə
Hüsnünün hədsiz olan nuru üçün dardı yuxum

Yardı yuxum, yardı yuxum
Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum

Gah buludlu göy olur, gah dəli tufanlı dəniz
Gah da qəm ətri verən laləli gülzardı yuxum

Ağlayıb yalvarıram hər gecə ki, rəhm eləyib
Səni bir anlığa bəlkə mənə qaytardı yuxum
Ağlayıb yalvarıram hər gecə ki, rəhm eləyib
Səni bir anlığa bəlkə mənə qaytardı yuxum

Yardı yuxum, yardı yuxum
Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum
Yardı yuxum, yardı yuxum
Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum

Gözümə xeyli zamandır ki, görünmür, utanır
Tapa bilmir səni, qarşımda günahkardı yuxum

Sən ki, getdin
O zamandan da yuxum qeyb olmuş
Ayrılıq sanki günəşdi, əriyən qardı yuxum
Sən ki, getdin
O zamandan da yuxum qeyb olmuş
Ayrılıq sanki günəşdi, əriyən qardı yuxum

Yardı yuxum, yardı yuxum
Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum
Yardı yuxum, yardı yuxum
Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum

Ayrılıq sanki günəşdi, əriyən qardı yuxum
Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum

üçün izahat

İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio