Nəzakət Teymurova - Bir Gül Seçdim mahnı sözləri (lyrics)

[Nəzakət Teymurova - Bir Gül Seçdim mahnı sözləri lyrics]

Bağban oldum bar üçün
Bir gül seçdim yar üçün
Bağban oldum bar üçün
Bir gül seçdim yar üçün

Canımın canı sevgilim ürəyin verməz var üçün
Canımın canı sevgilim ürəyin verməz var üçün

Bağım bağçam, ay gülüm
İncəm, qönçəm ay gülüm çəkdirmə cəfa mənə
Can dedim, can dedim sənə mən, Leyla

Eşqin dəniz, bir içim
Doldur, ay yar, ver içim
Eşqin dəniz, bir içim
Doldur, ay yar, ver içim

Canımı qurban eylərəm
Dərdimə dərman yar üçün
Canımı qurban eylərəm
Dərdimə dərman yar üçün

Leyli-Məcnun dil olub eşq oduna kül olub
Leyli-Məcnun dil olub eşq oduna kül olub

Aşiqi hicran qərq eylər
Göz yaşı boğar, sel olar
Aşiqi hicran qərq eylər
Göz yaşı boğar, sel olar

Bağım bağçam, ay gülüm
İncəm, qönçəm ay gülüm çəkdirmə cəfa mənə
Can dedim, can dedim, sənə mən qurban

Aşiqəm, əmrini ver aşiqi nalanə, gülüm
Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?

Nə qədər təndə canım var
Nə qədər təndə canım var səni candan alaram
Ya ölüb, ya yetərəm sən kimi canana, gülüm
Sənə dost olduğuma cümlə şəhər düşmən olub
Mənə rəhm eylə, baxıb bir belə düşmənə, gülüm

Sənsizəm, böylə hala heç kəsi düşsün demərəm
Yetməyir yarə könül, dözməyir hicranə, gülüm

Eşqin dəniz, bir içim
Doldur, ay yar, ver içim
Eşqin dəniz, bir içim
Doldur, ay yar, ver içim

Canımı qurban eylərəm
Dərdimə dərman yar üçün
Canımı qurban eylərəm
Dərdimə dərman yar üçün

Canımı qurban eylərəm
Dərdimə dərman yar üçün
Canımı qurban eylərəm
Dərdimə dərman yar üçün

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio