Nəzakət Teymurova - Dənizdə Qağayım mahnı sözləri (lyrics)
[Nəzakət Teymurova - Dənizdə Qağayım mahnı sözləri lyrics]
Dəniz mahnı oxuyur, yar yarını görübdür
Min əfsanə söyləyir ay işıqlı, göy Xəzər
Mənim nazəndə yarım novruzgülünə bənzər
Qızların birincisi, qəlbimin saf incisi
Xoş xəyallı, ey sevdalı yar
Qızların birincisi, qəlbimin saf incisi
Xoş xəyallı, ey sevdalı yar
Mirvarim, ey yarım, baharım sən mənimsən
Günüm, ayım, gülşənimsən
Dənizdə qağayı, ağ yelkənimsən, yar
Dənizdə qağayı, ağ yelkənimsən
Dənizdə qağayı, ağ yelkənimsən, yar
Dənizdə qağayı, ağ yelkənimsən
Səhər yeli saçına dəniz şehi düzəndə
Mavi ləpələr üstə durna eşqi üzəndə
Mən sükutla dayanıb onda səni görmüşəm
Bahar çiçəklərindən başına tac hörmüşəm
Qızların birincisi, qəlbimin saf incisi
Xoş xəyallı, ey sevdalı yar
Qızların birincisi, qəlbimin saf incisi
Xoş xəyallı, ey sevdalı yar
Mirvarim, ey yarım, baharım sən mənimsən
Günüm, ayım, gülşənimsən
Dənizdə qağayı, ağ yelkənimsən, yar
Dənizdə qağayı, ağ yelkənimsən
Dənizdə qağayı, ağ yelkənimsən, yar
Dənizdə qağayı, ağ yelkənimsən
Dənizdə qağayı, ağ yelkənimsən, yar
Dənizdə qağayı, ağ yelkənimsən