Nəzakət Teymurova - Nə Olaydı mahnı sözləri (lyrics)
[Nəzakət Teymurova - Nə Olaydı mahnı sözləri lyrics]
Mən aşiq oyanınca mən yanım o yanınca
Kəsim yastığın yanın, balam
Yalvarım oyanınca
Kəsim yastığın yanın, balam
Yalvarım oyanınca
Nə olaydı, yarım, nə olaydı?
Nə olaydı, yarım, nə olaydı?
Qapqara birçək olaydım
Hamıya çirkin olsam da, balam
Yarıma göyçək olaydım
Hamıya çirkin olsam da, balam
Yarıma göyçək olaydım
Təbriz üstü Miyana gül sünbülə dayana
Təbriz üstü Miyana gül sünbülə dayana
Oxu, bülbülüm, oxu, balam bəlkə yarım oyana
Oxu, bülbülüm, oxu, balam bəlkə yarım oyana
Nə olaydı, yarım, nə olaydı?
Nə olaydı, yarım, nə olaydı?
Qapqara birçək olaydım
Hamıya çirkin olsam da, balam
Yarıma göyçək olaydım
Hamıya çirkin olsam da, balam
Yarıma göyçək olaydım
O can alan nə bilir, aşiqin pənahı nədir?
O can alan nə bilir, aşiqin pənahı nədir?
Ona bu hüsnü verən qüdrəti-ilahı nədir?
Səfasın
Səfasın özgə görür, mən bəlaların çəkirəm
Mənim bu qana dönən könlümün günahı nədir?
Ay aman, can, ay aman, ay aman, ey
Gecə-gündüz edirəm ahu nalə kuyində
Soruşmayır
Soruşmayır, bu qədər bir fəqirin ahı nədir?
Tarında, Vahid, əgər ay aman, ay aman, ay
Tarında, Vahid, əgər Qurbanın məlahəti var
Dayan indi bir görək, Zülfünün "Segah"ı nədir
Ay, ay aman, can, ay aman, aman, ey
Nə olaydı, yarım, nə olaydı?
Nə olaydı, yarım, nə olaydı?
Qapqara birçək olaydım
Hamıya çirkin olsam da, balam
Yarıma göyçək olaydım
Hamıya çirkin olsam da, balam
Yarıma göyçək olaydım
Hamıya çirkin olsam da, balam
Yarıma göyçək olaydım
Hamıya çirkin olsam da, balam
Yarıma göyçək olaydım