Aygün Kazımova - Ağ Çiçəklər mahnı sözləri (lyrics)

[Aygün Kazımova - Ağ Çiçəklər mahnı sözləri lyrics]

Mənim ömrüm qəmli kitab
Hər sətiri bir iztirab bu taleyin oyununda
Qismət payım minbir əzab

Naxış vurar ilmə-ilmə nazın olar kəlmə-kəlmə
Qəlb qapısı açıq qalıb
Necə deyim kədər kəlmə

Sirdaşımdır ağ çiçəklər
Göz yaşımdır çiçəklər kor bəxtimin xalısında
Naxışımdır çiçəklər dərd uzanır aydan-ilə
Qarşılaram gülə-gülə qaranlıqdan səhərəcən
Şam əriyir gilə-gilə

Doğmalaşıb gündüz-gecə
Hər birində var işgəncə yazıram öz həyatımı
Buta-buta, qönçə-qönçə

Sirdaşımdır ağ çiçəklər
Göz yaşımdır çiçəklər kor bəxtimin xalısında
Naxışımdır çiçəklər

(poetry) mənim ömrüm qəmli kitab
Hər sətiri bir iztirab bu taleyin oyununda
Qismət payım minbir əzab
Qismət payım minbir əzab

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio