PRoMete - Adsız mahnı mahnı sözləri (lyrics)

[PRoMete - Adsız mahnı mahnı sözləri lyrics]

Nə qədər söz olsa, söz nə qədər düz olsa
Az gələcək sətirlərim gözlərinə baxmaqdan
Nə qədər düz olsa,  düz nə qədər iz qoysa
Etiraz edə bilməyəcəm o ətrini qoxmaqdan

Cızdım rəsmini, tanımamışdan ağlımda
Sən bir şahzadə və ayağında çarıqlar var
Girdin həyatıma və real oldun nağılımda
Gözmuncuqlarında dərin çat və qırıqlar var

Dərinə toxundum və əridim, yox oldum
"Mən ruhmu, insanmı!?" anlamadan yoluma davam
Əlinə toxundum, parlaqlıq çox oldu
"Sən ruhmu, insanmı!?" anlamadan yoluma davam

Sən güclü, ən güclü otlardan həblərdən
Uça bilməz insan, yox, uça bilməz insan
Xətrinə dəyəcək qədər kobud oluram mən hərdən
Amma sən bu həyatımda tək keçə bilməzimsən

Qanadlan! Səni mənə gətirəcək bu qanadlar


Uzaqdan ətrini küləyə ötür, dayanma!
Səmadan dənizdən
Buluddan günəşdən

Güc ver, mənə güc ver
Var oluşun belə bəsdir buna
Hər yer mən dardır
Əgər səbəb varsa yoxluğuna
Yazdığım ilk sətir belə
Son kimi görünə bilir mənə
Çatmamış bitir mürəkkəb, sətirlərim sonluğuna

Uzana-uzana gedir gecə
Üzünü görüm edim necə?
Mən buz kimi, sənsə isti
Uzaqlaşıram əridikcə
Nə ürək işləmir, nə beyin, küsür pərilər
Uzaq qaçır
Bayıra çıxıram axtarışda, boşdur küçə
Boşdur küçə

Toxunuşlar, barmaqlar hər şey
Necə də mükəmməldir dərin-dərin nəfəs dərim
Dərin gözlərim və gözlərin
Dodaqlar, incə belin, uzaqlıqlar içində mən
İtirirəm yenə də səni
Yenə də boşdur buz əllərim

Gündəliklərdə vərəq qalmadı
Bitirdim neçə qələmdə mürəkkəb
Atmadım, saxladım, doğmadır
Tək göründüm hər kəsə
Təkəm sandılar yanımdaydın heç darıxmadım

Amma yenə də dön, yanımda cismin olsun!
Bəlkə inandım ki
Nəğmələrdə deyilən eşq bu qədər asandır
Dön, nəğmə yazacam sənin dönüşünə
Yorğun gözlərim baxır
Yolun sonunda ölümlə görüşümə gecikirəm!

Qanadlan! Səni mənə gətirəcək bu qanadlar
Uzaqdan ətrini küləyə ötür, dayanma!
Səmadan dənizdən
Buluddan günəşdən

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio