PRoMete - Yazmır H.O.S.T mahnı sözləri (lyrics)

[PRoMete - Yazmır H.O.S.T mahnı sözləri lyrics]

Deyirlər, yazmır HOST - axı
Mən nə yazım dost?
Deyirlər, yazmır HOST - axı biz kimik - toz
Deyirlər, yazmır HOST - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Deyirlər, yazmır HOST - axı
Mən nə yazım dost?
Deyirlər, yazmır HOST - axı biz kimik - toz
Deyirlər, yazmır HOST - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Yazırıq sözümüz bol, gedirik izimiz yol
Qulağında səsimiz
(hoo) , səmimiyyət sayılmır rol
Biz deməyinə deyək, hanı bəs əməllər bro?
İstənilməz şeylər olur, label-a dönüb Pro

Səsim gəlir mənim 07 markalardan
Amma ki, bu sözlərə görə yox
Beat'lərə görədir məncə
Deməli, bu millətin beynindədir problem
Biz isə axtarırdıq problem başqa yerdə

Şəhərin altı, üstü tüstü yanıq cavanlarla
Baxırsan, elə bil ki
Ac yalavac canavardırlar
Başları da bir-birindən boş (dum, dum, dum)
Bunları almaq olar bir-iki dini qonorarla

Açıram zibilləri, birinci iy məni vurur
Yazıram sətirləri, üstələyir milli qürur
Ona görə sevgidən bol-bol
Yazıram axır vaxtlar deməsinlər başqa yerdə
Sənin də millətin budur

Deyirlər, yazmır HOST - axı
Mən nə yazım dost?
Deyirlər, yazmır HOST - axı biz kimik - toz
Deyirlər, yazmır HOST - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Deyirlər, yazmır HOST - axı
Mən nə yazım dost?
Deyirlər, yazmır HOST - axı biz kimik - toz
Deyirlər, yazmır HOST - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Əlimdə qələm, elə bil SSRİ-in orağıdır
Sağa-sola hərəkət etdikcə, biçir
Tökür yerlə bir
Çaqqaların ulaşması, qurdların uyumağıdır
Daha dərin baxaq, görək məsələ nə yerdədir?!

Üsyankar gəncliyimiz içkinin ağuşunda
Mentalitet əksinə olmaq demək
Deyil şərəfsizlik
Mən enirəm sizin zirvələrin yoxuşundan
Məncə yoxdur burda səmimilik, qərəzsizlik

TV-lər çalır layla, xorultudan qulaq batır
Dona bürünür olaylar, cavanlarsa çolaq qatır
Dünyanı dəyişmək istəyən beş-altı nəfər varsa
Onlar da indi futbola baxır, çünki hesab atıb

Qarabağ da bizimdir, dost, inan ki
Zəngəzur da
Sarı gəlin, ərəbin muğamı və qara zurna
Əlindən pultu buraxma, kanallarını çevir
Əziyyət çəkmə, seriala bax, yerindən də durma

Deyirlər, yazmır HOST - axı
Mən nə yazım dost?
Deyirlər, yazmır HOST - axı biz kimik - toz
Deyirlər, yazmır HOST - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Deyirlər, yazmır HOST - axı
Mən nə yazım dost?
Deyirlər, yazmır HOST - axı biz kimik - toz
Deyirlər, yazmır HOST - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio