PRoMete, DJ MEHRAJ - Utopiya mahnı sözləri (lyrics)
[PRoMete, DJ MEHRAJ - Utopiya mahnı sözləri lyrics]
Özüm də bunu çox yaxşı hiss edirəm
Hər dəfə bunu
Sözlərinizlə üzümə vurmasanız da
Çox gözəl hiss edirəm
Razıyam, diqqətsiz və kobud olmuşam
Tanımadığım adamlarla onlar zəhləmi tökürlər
Kimi rəftar edirəm hamı mənə qaraqabaq adam
Kimi münasibət göstərir
Amma mən buna başqa ad vermişəm
Səbəbini bilməməzlik və ya axtarış
Yadıma gəlmir ki
Axırıncı dəfə nə vaxt ürəkdən ağlamışam
Və ya ürəkdən gülmüşəm
Mənim üçün hər şey maraqsızlaşmağa başlayıb
Bir neçə saat bunnan əvvəl
Sevgilimə yazdığım mesaj
Ozon qatının deşilməsindən daha önəmlidir
Ehh qatar yırğalanmağa davam edir
Onsuz da bu qatar getsə də, getməsə də
Biz sabah getdiyimiz ünvana çatsaq da
Çatmasaq da sonluq həmişə eynidir
Hamı bir gün ölür həyat bu qədər bəsitdir
Fikirləş ki, bitməz gecələr
Fikirləş ki, açılmaz səhər
Fikirləş ki, daha qapını döyən olmayacaq
Boşalıbdır bu şəhər
Fikirləş ki, tək darıxırsan
Fikirləş ki, daim qorxursan
Fikirləş ki, kimisə axtarırsan
Amma heç vaxt tapmayacaqsan
Sən çox qaçdın, qapandın içinə
Tərk edildin, olmadı vecinə
İradənin gücünə arxayındın
Amma bilmirdin, düşmək var düyünə
Bugünə gətirən özünü özünsən
Düzünə qalanda, özünə dözürsən
Atdığın addımların yaradıb suallar
İndi təklikdə çözürsən
Fikirləş ki, geri qayıda bilərsən
Fikirləş ki, odu soyuda bilərsən
Fikirləş ki, qəbul olundun
De görüm, hikkəni uda bilərsən?
Fikirləş ki, fikirləşmədən yaşamaq mümkündür
Nə qədər düzgündür? Elə də fərqi yoxdur!
Əsas odur ki, həyatın bir günlükdür
Daha heç vaxt boğulmayacaqsan
Günahlarınla, savablarınla
Daha səni heç vaxt, heç nə sıxmayacaq
Sıfırlanıbdır karman
Yalanlar, davalar oxunulur ancaq kitabdan
Sətirlər çox xoşa gələn olub
Sətiraltılar çıxıbdır cavabdan
Səni sevirlər əvəzsiz
Sən heç nədən olmursan həvəssiz
İstədiyin hər şeyi edə bilirsən
Yardım əlsiz, köməksiz
Elə bir şey yoxdur ki
Sən onu düşünəndə belə qorxasan
Utopiya nə qədər xoş olsa da
Ayılırsan bir gün yuxudan
Sən çox qaçdın, qapandın içinə
Tərk edildin, olmadı vecinə
İradənin gücünə arxayındın
Amma bilmirdin, düşmək var düyünə
Bugünə gətirən özünü özünsən
Düzünə qalanda, özünə dözürsən
Atdığın addımların yaradıb suallar
İndi təklikdə çözürsən
Utopiya nə qədər xoş olsa da
Oyanırsan bir gün yuxudan
Utopiya nə qədər xoş olsa da
Oyanırsan bir gün yuxudan