PRoMete, Porte [AZ] - Yaz mahnı sözləri (lyrics)

[PRoMete, Porte [AZ] - Yaz mahnı sözləri lyrics]

Məndən məsləhət istəyən hər kəsə deyirəm ki
Günlərini yaz
Qəmin olsun sətirlər, sevgini yaşa
Izlərini yaz
Sevdiklərin yaydakı yarpaqlar kimidir
Bir gün ya sən onları
Ya da onlar səni itirəcək
Odur ki, daxilindəki hisslərini yaz

Vərəqlərlə dost olmasan da, olar
Onlar səni qəbul edə biləcək hər bir halla
Dəstək gözləmə heç kimdən, yaz
Yerə vurduqca dizlərini yaz
Gecələr dərdlərə dostdur, səhərlər məntiqə
Odur ki, hər səhər açaraq gözlərini yaz
Sözlərini yaz vərəqlərə

Daha yaxşı dost yox
Onlar sadiqdir bütün hallarda
Onlara etibar elə, əyri və düzlərini yaz
Adları yadında qalmayan insanların


Üzlərini yaz daşı həyatını yazılara
Yaşa həyatını yazılarda
Gecələr gündüzlərini yaz, ayrılma yazılardan
Yaza yaza az

Yaza yaza açıram qapıları
Nələr varmış içimdə, nələr
Mənim çata bilmədiyim arzularım
Yazılıbsa alnıma, gələr

Yaza yaza açıram qapıları
Nələr varmış içimdə, nələr
Mənim çata bilmədiyim arzularım
Yazılıbsa alnıma, gələr

Dünyadakı bütün dəftərlər çatmır
Yazmasan belə
Sənə hər yer sıxıcı, hər yer dar
Gəzməsən belə
Sən həyatda hər şeyi yoxlamısan
Evdən çıxmasan da
Özünə qurduğun bəhanələrlə bəhanə olmusan sən

Yazırıq bax illərlə biz
Həyatımız mahnılar və risk
Yazdığın ən axmaq cümlən belə
Çevrilir tarixə səlis
Neçə illərdir yığdığın xatirələr
Gözləyir səni onlar mahnılar, şeirlər
Kitablar olmaq istəyir

Nə fərqi var ki? Yaz qələmlə, ya da iPhone-a
Yaz hər kəsə, ya da tək ona, yaz uşaqlara
Ya da qocalara yaz həyatını olmayan formada
Yaz bütün planları, unutma
Hamı fərqli, göstər fərqini
Yaz divarlara gizlin və qaç

Yaza yaza açıram qapıları
Nələr varmış içimdə, nələr
Mənim çata bilmədiyim arzularım
Yazılıbsa alnıma, gələr

Yaza yaza açıram qapıları
Nələr varmış içimdə, nələr
Mənim çata bilmədiyim arzularım
Yazılıbsa alnıma, gələr

Məni yazılar gətirib bura, onlarsız heçəm
Gələcəyi yazıram
Yazılara dönür həyatımdan keçən
Görünürəm tək, amma əslində üçəm
Qələm, sətir, fikir – bir, hədəf
Əmək – bu ikidir
Üç isə sevgidir, necə də sadədir, hə?

Bil, kəşf edilənə qədər əbədilik
Mən yazılarla qoyacam iz
Mənliyim bölünür, ikiləşir, yazılarda Mete
Sənəddə Pərviz
Mən yazıram, çatsın qulağa, yazıram
Getsin uzağa yaza yaza təmizlənirəm
Yazılar döndərir məni uşağa

Yaza yaza açıram qapıları
Nələr varmış içimdə, nələr
Mənim çata bilmədiyim arzularım
Yazılıbsa alnıma, gələr

Yaza yaza açıram qapıları
Nələr varmış içimdə, nələr
Mənim çata bilmədiyim arzularım
Yazılıbsa alnıma, gələr

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio