PRoMete - Xoxan mahnı sözləri (lyrics)
[PRoMete - Xoxan mahnı sözləri lyrics]
Bayırda dolunay, ulduz altında gəzinti
Arxaya baxmaq qorxusu, birdən olar kimsə
Sakitçilikdən qulaqda eşidilən döyüntü
Heç kəs görünmür yaxın radiusda
Ayağı yerə basmaq lazımdır asta-asta
Beyində paranoik suallar -
Niyə çıxdım bayıra!?
Çiyinə dəyən əl, geriyə dönüş və pauza
Hər addımda doludur həyat bu
Cür əcaib səhnələrlə
Beləcə keçir ömür, gedir günlər gizli-gizli
Dəqiqələrlə… Çox uzaqdır bizdən hər
Iki həyat sirləri
Boynumuzda gəzirik ölümün kəndirləri
Amma ölüm qədər qorduxumuz uydurma xoxanlar
Qondarma inanclar sonumuza çıxanda
İt də getdi
Ip də getdi - deyib vurarıq başımıza
Təəssüf edən keçən illərə və yaşımıza
Uçur raketlər, süni peyk, yeni planetlər
Pandemiya, bioloji, kimyəvi elementlər
Riyazi təhlillər, iqtisadi araşdırma
Siyasi məsələlər, kütləvi qarşıdurma
Axtarılır xərçəngin dərmanı, Marsda su
Qidanı əvəz edə biləcək okeanik yosun
Dəyirmi masalarda - orda cihaz, bizdə domino
Zarafat səviyyəmiz "Əməlliyat ı"
Bir də "Mimino"
İşimiz, gücümüz – nədir batil, kimdir qatil
Odur ki, nəticə hasil edə bilmir ağlı kamil
Olan heç kəs bu xarabada
Qara bazar qaydaları tV, radio
Mediada hoppanıb düşüblər bizim damımıza
Nallayaraq hamımıza
Dramatik kinoyla ağlaşmaqdansa
Komediya ilə gülün siz halınıza
Sus, dinmə! Yoxsa tapılar
Iynə sancan yanımıza
Qorxu oturub artıq neçə ildir qanımıza