Orkhan Zeynalli, PRoMete - Zamanın ruhu mahnı sözləri (lyrics)

[Orkhan Zeynalli, PRoMete - Zamanın ruhu mahnı sözləri lyrics]

Я не буду говорить вам, что все плохо
Все знают, что все плохо
Доллар не стоит ни гроша
Банки грабят и конца этому не видно
Мы знаем, что этим воздухом невозможно дышать
A эту еду невозможно есть
И мы сидим и смотрим телик
Как какой-то местный диктор
В новостях рассказывает
Что сегодня было 15 убийств и 63 ограбления
И типа так и должно быть
Мы знаем, что все плохо, хуже чем плохо
Они с ума сошли, все с ума сходят
Мы никуда уже не ходим, мы сидим дома
A мир в котором мы
Живем становится все меньше
И все о чем мы просим, пожалуста
Оставьте нас в покое в наших комнатах
Оставьте мне мой тостер, мой телик
Мой фен для волос
Мои литые диски, я ничего не скажу


Только не трогайте меня
А Я буду вас трогать!

Я хочу, чтобы вы сошли с ума!
Вы должны сказать, Я человек, черт возьми!
Моя жизнь чего-то стоит

Mənə qələm ver, sənə söz verim!
Mənə yalan ver, sənə düz verim!
Mənə doğru göstər, sənə göz vurum!
Sözlər yaxşıdır, amma pis durum

Bu uçurum hələ çox uçuracaq ayağı boşları
Başı boşluğa, dost, bil
Pisliyə milçək yığışır
Səhvdir! Pislik kömək edir dostluğa, dost bil
Dost sil yaddaşına oturdulmuş hər şeyi!

Bu TV, bu xəbər, bu qəzet
Bu saytların hamısı
Zibil ki, içinə girdin çətin çıxarsan
Qloballaşarsan, qlobal baxarsan

Qlobal atarlar, qlobal yatarsan
Səsini kəs ki, genini kəsməsinlər
Axı bu gün oğulsan, sabahsa atasan
Lay lay dedim şirin yuxu tapasan

Beşiyi yellə, yatır körpələr
Kürə fırlanır, hər yer üçbucaq
Piramidalar, daha nələr-nələr
Simvolika dolu künc-bucaq

Beşiyi yellə, yatır körpələr
Kürə fırlanır, hər yer üçbucaq
Piramidalar, daha nələr-nələr
Simvolika dolu künc-bucaq

21-ci əsr, virtual zombilər, seks hərisləri
Telehipnoz, inanılmaz скидка lar
Unudulmaz brendlər
Paylanan flayer-lər, müasir bomba taymerlər
İnformasiya deşiyidən buraxılmış şayiələr

Avropa ölkə ananız Amerika, tək dayələr
Nağıl danışmayın Amerikanın demokratiyasından
İstəyirsiniz Kennedini dirildib ondan
Soruşaq hər şeyi? (Hə?)

Bizə mədəni olmağı öyrətməyin, ağıl verməyin!
Bizdə şərq qanı var, türk ruhu var
Şəriət var! Bizə kömək əlinizi də
Uzatmayın dar günümüzdə!
Bizdə texnika yox, amma qanda cəsarət var!

Sizin o Allahsız
Özünü üstün tutan düşüncəniz
Bizim üçün göydə cənnət
Yerdə isə cəhənnəm var
Ölkədə nə problem varsa həll edərik
Qarışmayın! Bizdə də ölkədə dayaq ola
Biləcək düşüncəli gənclər var!

Beşiyi yellə, yatır körpələr
Kürə fırlanır, hər yer üçbucaq
Piramidalar, daha nələr-nələr
Simvolika dolu künc-bucaq

Beşiyi yellə, yatır körpələr
Kürə fırlanır, hər yer üçbucaq
Piramidalar, daha nələr-nələr
Simvolika dolu künc-bucaq

Arxaik soyqırımlar və neo genosidlər
İslam maskası altda gizli terror, parazitlər
BMT qətnamələrinə bu gün tüpürən yoxdur
Karvan keçir, amma arxasıyca hürən yoxdur

Hardadır dünya birliyi, Unicef sosial yardım?
Afrika körpələri ölür, Hollywood depressiyada
Görəsən bu gün hansı
Brilliantımı yaxamdan asım?
Məhv olur bütün dünya
Məhv olur korrupsiyada!

Artıq bəsdir kiçik ölkə mövqeyində qaldıq!
Gücü biz Havadan, Oddan, Sudan
Torpaqdan aldıq!
Kriminal videolardan və тупой seriallardan
Nümunə götürmədik, özümüzü üstün saydıq

Güc axı birlikdədir, güc axı bir olmaqdadır
Niyə bu qonşu olkələrdə var
Amma bizdə yoxdur?
Bəsdir qırdıq bir birimizi
Bəsdir yaxadan dartdıq!
Bilirəm var ümid içdə, amma niyəsə hələ ki
Üzdə yoxdur!

Beşiyi yellə, yatır körpələr
Kürə fırlanır, hər yer üçbucaq
Piramidalar, daha nələr-nələr
Simvolika dolu künc-bucaq

Beşiyi yellə, yatır körpələr
Kürə fırlanır, hər yer üçbucaq
Piramidalar, daha nələr-nələr
Simvolika dolu künc-bucaq

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio