PRoMete, Orkhan Zeynalli - Heykəllər mahnı sözləri (lyrics)
[PRoMete, Orkhan Zeynalli - Heykəllər mahnı sözləri lyrics]
Sadəcə baxırsan
Qarışa bilmirsən olanlara, olsan da yaxın sən
Gözünü çəkə bilmirsən olanlardan
Donub heykəl kimi qalırsan o anlarda
Bəs heykəllər? Görən olurlarmı
Hansısa məqamda insan?
Danışardı nələri, əgər insan olmaq alınsa
Nələri xatırlayır
Nələri çıxara bilmir yaddan?
Nələr gəlmir xoş və ya saxlayır həyatda
Soruşsaq Sabirdən və o danışsa birdən
Görəsən deyərdimi ayılmışıq cəhalətdən?
İndi zaman fərqli
Dəyişib insanların düşüncəsi
Belə deyildi bu millətin iki əsr öncəsi
Baxıram Sabirə… Papağına göyərçinlər qonub
Danışmır bircə kəlmə belə susub, donub
Bəlkə də alınsa da dinməzdi o
Onu bu küçədə gördükləri yaman yorub
İlləri yola salıb, ötürüb nəsilləri
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb, bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri
İlləri yola salıb, ötürüb nəsilləri
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb, bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri
Nəsimi danışardı yəqin bizə
Həqiqətin gizli olmadığın bu
Dördbucaqlı qutularda
Car çəkməkdə davam edərdi o
İnsanın aliliyin və cibində
Tiryək filanla tutulardı
Füzuli deyərdi ki
Rüşvətin bu həddə çatacağın
Yatsa yuxusuna da gətirə bilməzdi
Evləri sökülmüş sakit duran o
Əhalini illərdir tanıyır
Və əmindir ki, bu millət ölməzdi
Nizami şikayətlə danışardı gənclər
Yazan SMS-dən
Onlar qəti qaynaqlanmırlar Leyli-dən
Ya da Qeys-dən deyərdi bu cümlələri hirslə
Bir bilsəydim kimə qalacaq irs Xəmsəm
Və ya eşit'sə bircə
Anlıq musiqimizi Hacıbəyov ürəyi dözərdimi
Erməniyə verərdimi haqq onda?!
Cavid yəqin ki, dəli olardı
Danışılanları eşit'səydi öz milləti haqqında
İlləri yola salıb, ötürüb nəsilləri
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb, bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri
İlləri yola salıb, ötürüb nəsilləri
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb, bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri
İlləri yola salıb, ötürüb nəsilləri
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb, bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri
İlləri yola salıb, ötürüb nəsilləri
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb, bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri
Yəqin ki, Əhməd Cavad da istərdi daima
Dayansın elə bir yerdə ki, görünsün bayrağ
Ya da Almas İldırım bəlkə də istəməz
Heykəli ucaldıla birləşdirilməmiş torpaq
Neçə-neçə insanlar gedib əqidə üstə
Bizsə indi yaşayırıq demək olar əqidəsiz
Baxış bucağım dəyişir yaşlandıqca
Amma hələ də təsəvvür
Etmirəm Bakını Rəsulzadəsiz