PRoMete, Orkhan Zeynalli - Qurtul mahnı sözləri (lyrics)

[PRoMete, Orkhan Zeynalli - Qurtul mahnı sözləri lyrics]

Günəş, parlaq səma, tozlu pəncərə
Çərçivə arasından sızan şüa
Qəribə ahəng, qəribə qamma puç olmuş arzular
Hər şey çox bəsit, mənasız dünya!

Fikirləşir ki, bəlkə, toz olum?!
Mən də sızan şüada rəqs edim
Amma kölgə var və görünməmək qorxusu
Ya da səs olum qucaqlayım qulaqları və beyni

Mən yazıram ki, sən eşidəndə yaşayım
Mən bilirəm ki, sən eşitdin, mən yaşadım
Hər sətirimdə çək nəfəs və gülümsə
Qoy, gözlərində təbəssüm görünsün

Qurtul bu cəmiyyət qəliblərindən
Tələ sevgilər saxlayan
Paslı insan qəlblərindən!

Qurtul bu cəmiyyət qəliblərindən
Tələ sevgilər saxlayan


Paslı insan qəlblərindən!

Qurtul bu cəmiyyət qəliblərindən
Tələ sevgilər saxlayan
Paslı insan qəlblərindən!

Əgər sən öz hökmünlə barışmağa "yox" desən
Əgər sən içdə yatan arzularına "qalx" desən
Əgər sən bezib bir gün bu yerləri tərk etsən
Yenə də gülümsə, qəm it'sin gözlərində

Qoy, tükənsin! Xəyallarının hamısı
Bəsdir artıq, böyü bir az!
Həyatda uzaqlarda çox olmusan
Amma həyat hələ dayaz bahar, yoxsa yaz
Fərqi yoxdur - sənlə mən kimi
Bu təbiətin bir qanunu, sevinclə qəm kimi

Sol, gözlərində solan o hisslər kimi
Qaç, sevgimizdən qaçan mələklər kimi
Bax, bircə dəfə də həyata kor insan kimi
Yol uzanmışdı, amma biz tükənmədik ki!

Həyatım, sən ömrümdə yoxsan artıq!
Bilməsəydi, qərənfil qəmli sayılmazdı
Insan ölməsəydi! Döndü attığım hər addım
Darıxardım dönməsəydi
Ölməsəydi susuz dərviş, bəlkə
Ağac əkərdi səhrada?!

Qurtul bu cəmiyyət qəliblərindən
Tələ sevgilər saxlayan
Paslı insan qəlblərindən!

Qurtul bu cəmiyyət qəliblərindən
Tələ sevgilər saxlayan
Paslı insan qəlblərindən!

Qurtul bu cəmiyyət qəliblərindən
Tələ sevgilər saxlayan
Paslı insan qəlblərindən!

Mənə yaddır bu səma! Sənə düşmən bu günəş!
Yenə qarlı bu dağlar! Budaqlar yarpaqsız!
Mənə yaddır bu səma! Sənə düşmən bu günəş!
Yenə qarlı bu dağlar! Budaqlar yarpaqsız!

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio