PRoMete, Orkhan Zeynalli - Dövr'i İntihar mahnı sözləri (lyrics)

[PRoMete, Orkhan Zeynalli - Dövr'i İntihar mahnı sözləri lyrics]

Təkliyini özünə dost et!
Dost, hər şeyi tərk et, get!
Bir içində də bax, bəlkə
Neçə il axtarışında olduğun mənalı həyatı
Elə öz içində tapdın
Sən qapana bilmədikcə sənin
Üzünə qapadılar qapıları!
Səkiləri dost saymayana qədər
Gecələri sevməyəcəksən!

Sevmədikcə gecələri içinə dolan
Qocaman sualları çözməyəcəksən!
Dözməyəcəksən bəlkə də
Bir gün bir xarabalıqda özünə yer seçəcəksən
Bir kəndir və bir taburet hazır qoyacaqsan ki
Bəlkə, öldürdüm özümü bir gün
Lap bərk bezəndə deyə!

Amma gələndə buralara hər dəfə qulağın
Bənd olacaq bir küyə!
Və guya bu bəhanələrlə hər dəfə daha


Bir neçə günlük uzanacaq ömrün!
Yaşanacaq hər gün sənə biruzəsi kimi gələcək
Yer üzərindəki zülmün! Bu, deyil düzgün!

(deyil düzgün)

Yuxudan oyandım öldüm hər səhər
Yuxudan oyananda ölürəm
Çox az evdən çölə çıxıram
Bir gün otağımdan çölə çıxmağa qorxdum
Artıq heç nə hiss eləmirəm
Oyanıb ölmək istəmirəm!
İstəmirəm oyanıb ölmək!

Bu gün hədəfim var, kəsmək
Amma bir az səlis!
Dağıdacam otağımı, amma bir az təmiz!
Arzum boğulmaq olsa
Bəs edər mənə bir az dəniz!

Mənə verin kəniz! Həyatımın son dəqiqələri
Olsun bir az qəliz düşüncəsiz, məhkum
Ölüm astanasında həyata həris
Qırışlar və iz, tanış göz və üz hər şey
Hər an mənə deyir ki -
"kəs damarlarını! Sıx qollarını!
Turşutmadan üz-gözünü, söylə səlis-səlis!"

Sevmirəm səni, ey həyat!
Sən olmasan, bəlkə, olacam rahat?!
Dizlərim, tozlu küçəylə güləşən əllərim
Mənadan uzaqda günlərim

İndi günəşə çıxmaqdan daha çətindir
Yaxşı günə çıxmaq!
Əbədimi dünya, yoxsa bu da bir mif?!
Yaşamaq - yaşayıb yaşamın sonuna çıxmaq!

Həyat okeanında dərində riff
Bir qurtuluş! İntihar da çox primitiv
Elə həyat qədər!
Bəlkə, həyat hədər?! Son qərar! Tək
Seçim - ilk tərif!

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio