PRoMete, Orkhan Zeynalli - Labirint mahnı sözləri (lyrics)

[PRoMete, Orkhan Zeynalli - Labirint mahnı sözləri lyrics]

Labirintə oxşayır azıb qalmışam

Bir gün yenə açılan o sabah
İki damla göz yaşı olub düşəcək gözündən
Sən nifrəti özündən aralaya bilmədin
O səni küsdürdü özündən özündən
Özündən muğayat ol!

Mən gedər oldum, sən qalar oldun
Ortalıqda nələr oldu, nələr oldu?!
Mən gedər oldum, sən qalar oldun
Ortalıqda nələr oldu, nələr oldu?!

Unutmaq asan olsaydı, birinci səni
Sonra səni unutduğumu unudardım
Sonra yenidən səni sevərdim
Sonra yenidən unut-sev, unut-sev

Unutmaq asan olsaydı, birinci səni
Sonra səni unutduğumu unudardım
Sonra yenidən


Sonra yenidən unut-sev, unut-sev, unut-sev

Gözdən yaş, iki damla
Xoşbəxt günləri yadında saxla
Yenə söhbətim boş otaqla
Ağla-ağla göz daralınca
Bilsən, nə qədər ağ günlərimizi qara
Etdin öz sərt düşüncənlə
Xoşbəxt yolumuza körpülər saldın öz
Dünyandakı səhv düşüncənlə

Mənsiz bilirəm
Çox çətindir axan göz yaşını gizləsən belə
Sevgisiz həyat daha asan, darıxsam da mən
Bu yolumu seçdim
İndi mən yenə səni sevsəm belə
Ağlım ürəyimlə dilə gəlməz
Dənizimiz öz yerindədir
Əsən gilavarlar xəzriyə dönməz

Gəzdiyimiz küçələrdə qoyduğumuz izlər də
Küləklərlə sevişərək itdi
Əvvəlcə sən getdin, gedişdən mən bitdim
İndi isə mən getdim, amma ki, çox çətin

Atdığım hər addım səndən xəbər xəbər sanki
Sənsə mənə yaxın bu qədər bu qədər uzaqkən

Bu qədər uzaqkən, bu qədər yaxınsan
Bu qədər uzaqkən, bu qədər yaxınsan

Unutmaq asan olsaydı, birinci səni
Sonra səni unutduğumu unudardım
Sonra yenidən səni sevərdim
Sonra yenidən unut-sev, unut-sev

Unutmaq asan olsaydı, birinci səni
Sonra səni unutduğumu unudardım
Sonra yenidən
Sonra yenidən unut-sev, unut-sev, unut-sev

İndi mən yenə səni sevsəm belə
Ağlım ürəyimlə dilə gəlməz

Yenidən, yenidən

Labirintə oxşayır azıb qalmışam

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio