PRoMete, Orkhan Zeynalli - Dinlə Və Yoz mahnı sözləri (lyrics)

[PRoMete, Orkhan Zeynalli - Dinlə Və Yoz mahnı sözləri lyrics]

Bir, iki, üç… Test mikrofonda!
Yenə eyni tonda! Baritonla bass arası!
Səsdə tam həvəslə! Sözə səs, səsə söz!
Nota od qatıb
HOST-vari gəlir bütün kəlmələr!

Gələnlər, gedənlər - nisbət nə qədər?
Nə bitər bu say, nə də azalır!
HOST axtarışdadır! Laboratoriyalarında
Nədir cəmiyyətin azarı?!

İçi boş qazanın səsi yaxşı çıxarır!
Yeyilib, doluyub, indi də yalanır!
Amma qazanan yenə hörmət qazanır
Biz gəldik, nəsə dəyişdik bazarı

Biz qara, biz hamı üçün deyilik!
Bizim mövzular pessimistik!
Ümid, arzu məzarı! Məncə HOST-ca gələcək!
Pis olacaq? Baxarıq!



Çox mövzu, çox sətiraltı var!
Mətnlər itidir, sözlər kəsici!
Çox istək, çox dinləyici qulağı!
Yox efemerlik! Təsir deyil keçici!

Çox mövzu, çox sətiraltı var!
Mətnlər itidir, sözlər kəsici!
Çox istək, çox dinləyici qulağı!
Yox efemerlik! Təsir deyil keçici!

Düz söz, HOST yaz, dost, poz!
Biz yazarıq gecə-gündüz sən tap sətiraltı
Mənaları yoz!

Yüz söz, HOST döz, dost, yox!
Bəs kişilik, bəs mənlik, bəs qürur?!
Mən bu sözlərə tox!

Qabağa getməyin sınanılmış və ən asan yolu
Ona söz - buna söz
Bəs siz deyirdiniz albom satış üçün deyil
İndi isə satılır "HOST", bu nə söz?!

Aç səhifələri, bax qəzetlər
Eliyir hər gün necə qələtlər!
Biz ildə bir dəfə konsert veririk
Ona da tapılmayır biletlər!

Ya da biletlə qapı ağzında kimsə qalır
Amma yenə də yazır media "HOST ölüb!"
Dost, bu bölüm sənə maraqsızdır
Bas stopu, mən ölüm!

Çox mövzu, çox sətiraltı var!
Mətnlər itidir, sözlər kəsici!
Çox istək, çox dinləyici qulağı!
Yox efemerlik! Təsir deyil keçici!

Çox mövzu, çox sətiraltı var!
Mətnlər itidir, sözlər kəsici!
Çox istək, çox dinləyici qulağı!
Yox efemerlik! Təsir deyil keçici!

Düz söz, HOST yaz, dost, poz!
Biz yazarıq gecə-gündüz sən tap sətiraltı
Mənaları yoz!

Yüz söz, HOST döz, dost, yox!
Bəs kişilik, bəs mənlik, bəs qürur?!
Mən bu sözlərə tox!

Nə qədər çalış, nə qədər vuruş!
Biz təbii ehtiyac, qulağa girdik, bitdi!
Gətirə bilməyəcəksən, itəcək dözüm, duruş!
Biz musiqiyə, musiqi bizə ziddir!

Ciddi-ciddi oxuya-oxuya еdən olmayıb
Hələ ciddi iş!
Bizi sındırmaq üçün üzümüzə hələ bağlanacaq
Çox TV, çox verliş!

Çox mövzu, çox sətiraltı var!
Mətnlər itidir, sözlər kəsici!
Çox istək, çox dinləyici qulağı!
Yox efemеrlik! Təsir deyil keçici!

Çox mövzu, çox sətiraltı var!
Mətnlər itidir, sözlər kəsici!
Çox istək, çox dinləyici qulağı!
Yox efemerlik! Təsir deyil keçici!

Düz söz, HOST yaz, dost, poz!
Biz yazarıq gecə-gündüz sən tap sətiraltı
Mənaları yoz!

Yüz söz, HOST döz, dost, yox!
Bəs kişilik, bəs mənlik, bəs qürur?!
Mən bu sözlərə tox!

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio