PRoMete, Orkhan Zeynalli - Pəncərə mahnı sözləri (lyrics)

[PRoMete, Orkhan Zeynalli - Pəncərə mahnı sözləri lyrics]

Xatirələr oyatdı pəncərə nəyə görə?!
Hər şey başladı pəncərədən əvvəlcədən
Adi kəlmədən, daha nədən?
Getməkdən, gəlməkdən, məhəllə-məktəbdən

Bir yerdə (hə) gizlincə gəzməkdən
İlk sevgi-məhəbbət beləcə yarandı
Bu tale-qismət gecədən qaradır
O bilmədi nədən başladı soyuqluq

Gün gəldi, görüşlər kəsildi biryolluq
Qalsa da sevgidiyi uşaqlıq illərində
Yaşadı sevgisi ürəyində, dərində
Bir gün də o qaldı yalnız
Fikrində yalnız o qız o qız o qız

Ay məni məndən alıb gedən
Dərdlərimi dərdə salıb gedən
Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə
Həsrəti ürəyimdə qalıb gedən!
Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə


Həsrəti ürəyimdə qalıb gedən!

Gecə çatdı səhərə lay lay dedim şəhərə
Açılmadı bir kərə
Pəncərən, pəncərən, pəncərən

Var bu məhəbbətin davamı
Pəncərənin o yanı - qız olan yanı
Yağışlar cizgiləridir dünyanın
O qız yenə pəncərədə göründü

Kənardan adicə görüntü
Əslində xəstəlik, üzüntü
Həkimlər deyirdi şəfasız
Oğlan düşünürdü vəfasız
Pəncərədə görüşdü onun baxışları

Pəncərədə öpüşdü onun baxışları
Pəncərəyə düzdü naxışları
Gözündən süzülən yağışları!
Çalışdı yarından olsun uzaq

Səbəbi o qıza bəllidir ancaq
Bu sevgi naminə ayrılsaq açma pəncərəni
Açmaq, uçmaq

Bir daha gəldim o yerlərə
Tanış küçə, tanış pəncərə
Bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq
Bir anlıq qayıdaydıq o illərə
Bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq
Bir anlıq qayıdaydıq o illərə

Gecə çatdı səhərə lay lay dedim şəhərə
Açılmadı bir kərə
Pəncərən, pəncərən, pəncərən

Son nöqtəyə yaxınlaşmaq
Olmamaq qorxusunu aşmaq
Əziyyətlə rahatlaşmaq
Zülmdən zülmətə bir anlıq uçuş
Payızın xəzan nəfəsi

Yolu qısaltmaq həvəsi ömrün sonuncu qəfəsi
Möhlətdən qismətə bir anlıq uçuş
Nə acizlik, nə igidlik?!
Həm ölülük, həm dirilik
Bir bilirikmi? Bilmirik

Cəhalətdən Cənnətə bir anlıq uçuş
Cəhalətdən Cənnətə, bəlkədən
Əlbəttə, birinci son dəfə xəlvətdən xəlvətə
Eyvandan həyətə bir anlıq uçuş
Sürünməkdən qurtuluş (Sürünməkdən qurtuluş)

Gecə çatdı səhərə lay lay dedim şəhərə
Açılmadı bir kərə
Pəncərən, pəncərən, pəncərən

Pəncərən, pəncərən, pəncərən

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio