PRoMete - Açıq Sandıq mahnı sözləri (lyrics)
[PRoMete - Açıq Sandıq mahnı sözləri lyrics]
Alınan "beat"lərə
Bu o deməkdir ki, zəhmət artıq düşmür yerə
Çıxarırsan satışa - bu dünyəvi biznesdir
İntellektual biznesmenlər də deyə
Bilərsiz bizlərə
Sizinçün yaxşı musiqi bəlkə də "openaz" da
Məncə orda "mp3"ü olanların hamısı qazdır
Sən özünə qoymadıqca hörmət
Heç kimdən gözləmə
Sənətkar, pulu ver, "beat"i
Al, studiyaya gir, yazdır!
Deyə bilərsən - yoxdur pul məndə almağa beat
Cavabın sadədir, bro
Məncə sən osursan basdırağa
Aldığın siqaretin puluna yazmaq
Olar bir albom
İşivi layiqi gör, pulunu qazan
Ya da dur qırağa
Onsuz da Azrep güdazındadır bir-iki nəşəxorun
Açığı mənim kimilər bu
Cür məsələlərin dilxoru
Kommentlərdə başlanacaq - kimə deyir
Bu sözü Mete?
İşimiz çətindir, gözün açmaqla məşğuluq korun
Bu ölkədə pul divandadır
Uzan ora, fərqi yox kişi, qadın
"Koppayoğlu"nun pulu yaman dadır
Artistlər də dallarıyla yaman yaradır
Əmək ucuz, dəmək bahaya
Əl aşağıdırsa, ayaq havaya
Rep bir az az gətirir pul
Sən keç Jazz-a, Pop-a, Reggi-yə ya da Raqa ya
Ona buna lağ eləyənlərin əksəri gey tərəfdarı
Liberallığı saxlayarmı onlar gey
Olsa uşaqları? Mənə de homofob
Deyiləm tolerant bu məsələlərdə
Necə səhv salmaq olar
Yumurtayla yumurtalıqları?!
Görürsünüz, hətta Tim Cook da geydir, "wow"
Nə yaxşı! Ömür boyu beləyik biz
Yaxşını qoyub pisdən yapışırıq
Məsələ işə gələndə ağrıyır ya yan, ya da baş
İş görə bilənlərdən də elə
Ancaq pis danışırıq
Diqqət, diqqət! Danışır sizinlə köhnə Mete
Bir az da hirslənsəm deyəcəklər - söymə, Mete
Rеper dediklərinizin əksəri özündən
Deyil əmin
"Yaxşı da, hirslənmə də, hər şеyi açıb tökmə
Mete"
Mahnısını satmaq ruhunu satmaqla
Fərqli şeydir
Çoxu sata bilərdi, bilsəydi işi fərli şeydir
Yaxşı mal satılmalıdır, satmaq ustalıqdır
Ustalıq düzgünlük
Amma düzgünlük zəhərli şeydir
Körpə musiqisidir 20 ildir
Bu ölkədə rep böyüyə bilmir
Nə eləsə də sona qədər sevilmir
Toya getmir ona görə pul gətirmir
Düşə bilmir heç kəs işin dibinə
Adda - böyük "label", amma kiçik kabinə
Əsas nəticə deyil səhifədə "like" sayı
Əsas odur, kim nə qədər qoyur cibinə