PRoMete, AYKA - Mən Özüm mahnı sözləri (lyrics)
[PRoMete, AYKA - Mən Özüm mahnı sözləri lyrics]
Mənim çətin uşaqlığım hələ də çıxmır yadımdan
Hər dəfə, sanki eyni kino təkrarlanır
Cırıq paltarlı uşaq görəndə qarşımda
İşləməyə məcbur idim lap kiçik yaşımdan
Əllərimdən və beynimdən tələb edirdim nə isə
Kimsə tələb edəndə böyük qardaşından
Və çıxmır yaddaşımdan birinci sinifdə
Düyməsiz pencək
Bu acı gerçək və illər keçsə də
Anam hər dəfə baxanda ağlayır o şəkilə
Ay Allah, sənə yalvarıram heç kimi
Yoxsulluqla sınağa çəkmə
Qoyma ac qarınla yatağa uzansın hansısa körpə
Yəqin ki, bu ən əzablı şeydir
Öz körpəsini nəyəsə ehtiyaclı görmək
Odur ki
Valideynlər üzərindən əskik olmasın kölgən
Onları qoru, gücləndir ki
Onlar olsun körpələrinə yaxşı örnək!
Nə qalır geriyə bizdən?
Qaçır, uçur sürətlə illər
Silinir, yox olur izlər
Dəyişdikcə bir-bir fəsillər
Nə qalır geriyə bizdən?
Qaçır, uçur sürətlə illər
Silinir, yox olur izlər
Dəyişdikcə bir-bir fəsillər
Məftillər içində itib batıb hər şey tamam
Başımız qarışıqdır, yaxınlara yoxdur zaman
Zəng etməyə də vaxt yoxdur
Deməyə də bircə salam
Bu gün yenə zəng edib darıxdığın dedi anam
Ana, mən həm yalançıyam, həm də ki, qatiləm
Sosial şəbəkələrdə vaxt öldürür sənin oğlun
Axşam da zəng edəndə qaldırmayıb telefonu
Səhər deyirəm - tez yatmışdm
Işdən dünən gəlib yorğun
Hər şey çox bulanıqdır
Hər şey necə də durğun
Səs-küyün içində mənim kim
Olduğumu da unutdum
Silinir yaddaşımdan bir-bir bütün
Doğma şeylər
Soyutdum özümü mən bu həyatdan, çox soyutdum
Mənim üçün indi sevincdir cibimdə pul olması
Ürəyim yaman çəkir bişirdiyin yarpaq dolmasın
Deyirsən, özünə yaxşı bax, əynini qalın geyin
Qoy xəstələnib ölüm
Mənim kimisi heç olmasın!
Nə qalır geriyə bizdən?
Qaçır, uçur sürətlə illər
Silinir, yox olur izlər
Dəyişdikcə bir-bir fəsillər
Nə qalır geriyə bizdən?
Qaçır, uçur sürətlə illər
Silinir, yox olur izlər
Dəyişdikcə bir-bir fəsillər