PRoMete, Qaraqan - Aciz insan mahnı sözləri (lyrics)
[PRoMete, Qaraqan - Aciz insan mahnı sözləri lyrics]
Nə bir qoca, nə bir uşaq
Nə bir sətir, nə bir vərəq
Ovutmur mahnılartək
Yorğunam dost, yorğunam mən
Əllərimlə, sanki yükümün çiyinlərdən
Düşməməsinə kömək edirəm
Üzümə də qəm yapışıb
Gülərək gizləməkdən yaxşı heç
Nə tapmadığımdandır
Bu aciz təbəssüm daim çöhrəmdə
Gənclik bağçalarımı quraqlıq vurubdur, sanki
Solubdur qönçələrim və tökülübdür pöhrəm də
Şamam dövrəmdə dövr edəndə pərvanə
Yandırdım qanadın, məhv oldu sevgimdən
Səni axtaranda sularda, dürdanəm
Çox dərin getdim, boğuldum mən
Əgər sevmək acizliksə
Mən dünyada ən aciz insan, aciz insan
Əgər sevmək acizliksə
Mən dünyada ən aciz insan, aciz insan
Yaxşı qızla, pis oğlan, dəli olmuşuq çoxdan
Bu sevgi deyil, fırtına, ya tufan
Gözlərindən alovlar, məni yandırıb yaxar
Zəng eləyin 101-ə, dostlar tanışlar!
Qurtarın məni burdan, gizlədin məni ondan
Onun gözləri salır yenə məni tilsimə
Çağırın polisləri, verin onu məhkəməyə
Oğurladığı ürəyimi qaytarsın geriyə
Şamam dövrəmdə dövr edəndə pərvanə
Məhv etdim onu, sonra vuruldum mən
Səni axtaranda sularda, dürdanəm
Çox dərin getdim, boğuldum mən
Əgər sevmək acizliksə
Mən dünyada ən aciz insan
(ən aciz insan, ən aciz insan)
Əgər sevmək acizliksə
Mən dünyada ən aciz insan, aciz insan
(ən aciz insan, ən aciz insan)
Əgər sevmək acizliksə
Mən dünyada ən aciz insan, aciz insan
Əgər sevmək acizliksə
Mən dünyada ən aciz insan
Əgər sevmək acizliksə
Mən dünyada ən aciz insan
(ən aciz insan, ən aciz insan)