PRoMete - Beat My Hit mahnı sözləri (lyrics)

[PRoMete - Beat My Hit mahnı sözləri lyrics]

Musiqi bir damardır
Mənim addımlarım bir az möhkəm
AzRap-də kölgəm hələ çox
Sısqaları addım-addım izlər
Qızıl suyuna çəkilmiş verse-lərim sanki
Dərslik səs də səsdir bariton
Nəfəs kəsilməməlidir
Qoyulmamalıdır hərf axınına son
Practice on, like Mike Tyson

Beat me, beat me, götür qulağına sürt hitimi
Bəlkə, sənin də çabaların bir fayda verdi
Söz demək də bir incəsənətdir
Amma bu sənətin indiki vəziyyəti gilas səbəti

Səsimi qulağa sal, bəndim beynini anal
Mən hörmət gözlədikcə bağlanır üzümə kanal
Düzdür, yoxdur qalmaqalla freestyle
But all enemies died bizə kim deyir ki
Səhv yoldayıq? Və düz yol var



Qalmasın qoy qayğımıza
Getsin həmin düz yolla
Siz təzə euro, biz köhnə dollar
Dövriyyə yüksək, konsertdə havadadır qollar
Deyiliş tərzim tökür ocağınızın
Üstünə "şollar"
Neyləyə bilər qoca ağaca kollar?
Var voltaj, sən belə gözləmirdin, otur
Qal şokda!

Sətir-sətir bat daha dərinə
Dolur, boşalır bu səhnə
Uğursuzluq uğur yerinə
Çünki bura səhnədir, deyil məhlə!

Dirty south deyil mənim tərzim
Mən ümumiyyətlə, AzRap-də dərzi
Bilmək üçün nələr baş verir, nədir dəbdə?
Dinləyirəm all type Hip-hop music

Məktəbimdə box idi Hip-Hop dərsi
Ya da hələ də yoxdur ilham pərisi məntəqəsi
Ona görə də dəqiq bilmirəm
Kimdir rap-in dədəsi, nənəsi

Təpəsi qarlı dağlar deyil güvəniləsi
Mənimçün musiqidə rapdir tək fəsil
Respect o kəsə ki
Balta kimi kəsir hər kəlməsi
Kəlləsi fikir qazanıdır qaynadır

Mete sözlə iflic edir, beat'lə oynadır
Mənəm-mənəm deyənlər deyin mənə hardadır?
Azrap bu gün dardadır, PRo edir darmadağın
Bəsdir, bəsdir az gurulduyun

Bir dəfə də yağın ləkəsidir
Repin olmağı söz yığınağı
Adlandırmayın rapper hər yerindən
Duran balqabağı mal uşağı mal

Əgər doldura bilmirsənsə zal
Bir az aralıda qal, bir az aralıda nəfəs al
Biz səsə bal qataraq qazanmırıq bal
Əsas məsələ track-lərdə boldur əhval

Sətir-sətir bat daha dərinə
Dolur, boşalır bu səhnə
Uğursuzluq uğur yerinə
Çünki, bura səhnədir, deyil məhlə!

Sətir-sətir bat daha dərinə
Dolur, boşalır bu səhnə
Uğursuzluq uğur yerinə
Çünki, bura səhnədir, deyil məhlə!

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio